banner
banner

Sİyasət

Deputat: Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki, elə əvvəldən bu məsələ Azərbaycana qarşı bir oyun idi

Deputat: Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki, elə əvvəldən bu məsələ Azərbaycana qarşı bir oyun idi

Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbul olunması ilk növbədə onu göstərir ki, elə əvvəldən bu məsələ ölkəmizə qarşı anti-Azərbaycan mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Avropa Parlamentində M.Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, M.Hüseynov özü vəziyyətinin yaxşı olduğunu, aclıq aksiyasını dayandırdığını, hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını bildirsə də, üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də onunla görüşdə iştirak edərək bu deyilənləri təsdiq etsələr də, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir:

"Bunu Azərbaycana qarşı siyasi şantaj vasitəsinə çevirməyə davam edirlər. Necə deyərlər, "Papadan artıq katolik olmağa çalışır". Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.

 

H.Babaoğlunun sözlərinə görə, bu qətnamənin müəllifinin kimliyinə nəzər salsaq görərik ki, burada birbaşa bütün postsovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür:

“Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda rəngli inqilablara ilhamverici və dəstəkverici kimi çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib. Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda Soros şəbəkəsinin özünüifşası ilə nəticələnddi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün, fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb”.

Millət vəkili bildirib ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, həm də Qarabağ probleminin həllini unutdurmaqdır: “Biz bilirik ki, Azərbaycan 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Bununla bağlı bir sıra yeni gözləntilər var. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirərək, bu məsələləri unutduraraq guya demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədilə yazılmış bir ssenari həyata keçirməyə cəhd edilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir, öz milli məqsədlərinə çatmaq üçün öz prinsipial mövqeyini və hərəkətlərini davam etdirəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Ermənistandan Rusiyaya növbəti rədd cavabı

Cia.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 24-25 aprel tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak etməyəcək. Bu məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti verib.