banner
banner

Sağlamlıq

Kişilərdə sonsuzluq və müalicəsi

Kişilərdə sonsuzluq və müalicəsi

Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir. Hər hansı "özbaşına" müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər "şəfavericilər" tərəfindən aparılan müxtəlf "müalicələr" heç bir nəticə verməyəcəkdir.

Bundan savayı, bu halda, həmçinin xəstəliyin müalicəsi üçün çox əhəmiyyətli hesab olunan vaxt itkisinə də yol verilmiş olacaqdır.

Milli.Az tibb.az-a istinadən bildirir ki, kişi sonsuzluğunun əsas səbəbi - kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur.

Bu qaydalar aşağıdakılardır:

1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır.

2. Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir.

 

3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 74 gün davam etdiyi üçün, kurs müalicəsi də bu rəqəmə yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji spermanın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.

4. Spermoqrammanın təkrar müayinəsi isə kurs müalicəsindən təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu, aparılan müalicədən sonra sağlam halda olan xayalar tərəfindən yeni spermatozoidlər kütləsini hazırlamaq üçün müəyyən bir vaxt keçməsi ilə əlaqədardır. Bu halda, spermoqramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamlaşan spermaya aid olmasına əmin olmaq olar.

5. Müalicə 6 aydan artıq davam etməli deyil: əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsulunu təklif edə bilər.

6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin baş tutması üçün çox gözləmək də lazım deyil. Əfsuslar olsun ki, bir çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur. Belə ki, bir müddət keçdikdən sonra spermanın göstəriciləri əvvəlki keyfiyyətsiz hala qayıda bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.