banner
banner

Qadın

“Kişilərə elə gəlir ki, qadınların hamısı…”

“Kişilərə elə gəlir ki, qadınların hamısı…”

Son zamanlarda tez-tez hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var.

Milli.Az xeberle.com-a istinadən bildirir ki, boşanmaların artma səbəblərindən biri də sosial şəbəkələr göstərilir. Aparılan məhkəmə proseslərindən də aydın olur ki, boşanmaların artmasında sosial şəbəkələrin təsiri az deyil. Hətta son illərdə sosial şəbəkələr üzündən ölkəmizdə ailə münaqişələrinin, qətllərin sayının artdığının şahidi oluruq. Bu iddia təkcə ölkəmizdə deyil, digər inkişaf etmiş ölkələrdə də var. Məsələn, amerikalı ekspertlər qeyd edirlər ki, ABŞ-da hər 6 boşanma qərarının 1-də Facebook-un adı çəkilir. Bildirilir ki, yeni dostlar, yeni çevrə və keçmiş dostları birləşdirən səhifələr evlilikləri təhlükəyə salır. Bu səhifələr ailələrdəki münaqişələrin daha da böyüməsinə səbəb olur.

Başqa bir səbəb gənclərin sosial şəbəkələrdə tanış olub, bir-birini yaxından tanımadan tez bir zamanda evlənmək qərarına gəlməsidir. Araşdırmalara görə, boşanmaların 20-25 faizi nikahın adətən tanışlıqdan 3-4 ay sonra bağlanması ilə əlaqədardır.

Psixoloq, ailə terapevti Sevinc Baxışova ailədaxili münaqişələrin səbəbini mühitin təsiri ndə görür: "Cəmiyyət günü-gündən mürəkkəbləşir, maddi dəyərlər ön plana keçir, mənəvi dəyərlər sıxışdırılır. Mənəvi dəyərlərin get-gedə öz əhəmiyyətini itirməsi ailə dəyərlərinə çox güclü zərbə vurur."

Baxışovanın sözlərinə görə, son zamanlar ailə daxili münaqişələr geniş vüsət alıb. Ən kiçik problemi tərəflər bir- birinə güzəştə getmək istəmirlər: "Buna səbəb isə ailə daxilində ər və arvadın şəxsi keyfiyyətlərinin bir-birini tamamlamamasıdır. Bu qanunauyğunluğun pozulması ailədə tərəflərin konfliktlərinə səbəb olur. Tərəf müqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qoyması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınanılır. Əgər bir tərəf digərindən asılı olarsa, gec-tez asılı tərəf digərinin hökmlərinə tabe olmaq zərurəti ilə qarşılaşacaq və buna edilən etiraz nəticəsində münaqişələr, qalmaqallar, boşanma və s. neqativ hallar baş verəcək. Təbii müşahidələrdən bəllidir ki, zorakılıq hallari ilə adətən qadınlar üzləşir. Təəssüflər olsun ki, fiziki zəifliyin mənəvi cəhətdən (mənəvi gücü insanın təhsili, savadı, məlumatlılığı, zəngin dünyagörüşü təmin edir) kompensasiya olunmaması ailədə qadın hüquqlarının pozulmasına, şiddətlərin artmasına, ailələrin dağılmasına və digər fəsadlara gətirib cıxarır. Ailəsizlik damğası isə daha cox qadınlara ağır psixoloji travmalar yaşadır. Odur ki, ailədə həm qadin, həm də kişi öz rolunu düzgün dərk etməli, kompromislərə hər zaman açıq olmalıdırlar".

"Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva bu günki ailədaxili münaqişələrinin bir çox səbəblərinin olduğunu deyir: "Ailədaxili münaqişələrə əslində səbəb çoxdur. Daha çox xasiyyətlərinin düz gəlməməsi, xəyanət, sosial problemlər, maddi vəziyyətin aşağı olması, sosial şəbəkələrdən istifadəni səbəb gətirərək boşananların sayı artıq pik həddə çatıb. Bu günün qadını artıq öz hüquqlarını tanıyır və bilir. Bu səbəbdən də boşanmaya daha çox qadınlar müraciət edir. İllər öncə fiziki, mənəvi zorakılıqlara dözüb oturan qadın, bu gün artıq öz hüquqlarının müdafiəsinə qalxır və hüquq-mühafizə orqanlarına müraciət edir. Əslində zorakılıqlara dözüb susan qadınların da sonu intihara gedir. Bəziləri elə bilir ki, boşanmalar ancaq maddiyyatla bağlıdır. Amma bu belə deyil. Çünki müxtəlif dövrlərdə maddiyyat bundan da çətin olub.

 

Bir daha qeyd edim ki, boşanmalarının sayının çoxalması daha çox mənəvi problemdir. Bu sahəni başlı-başına qoymaq düzgün deyil. Təəssüf ki,  bu sahə ilə məşğul olmalı olan qurumlar nə qədər çalışsalar boşanma və zorakılıqların qarşısını yetərincə ala bilmirlər. Buna görə də vəziyyət bu  həddə gəlib çatıb".

Təşkilat sədrinin qənaətinə görə, boşanmaların sayının çoxalmasında internet resurslarının rolu da az deyil: "Sosial şəbəkədən istifadə edib həyat yoldaşına xəyanət edən kişini qadın heç cürə bağışlamaq istəmir. Qadının internetdən istifadəsini isə kişi ümumiyyətlə qəbuledilməz sayır. Təbii ki, sosial şəbəkə çox mühüm bir vasitədir. Həyatımızda biz internetden istifadə etməliyik. Amma internetden aşırı dərəcə istifadə etdikdə ziyanlı tərəfləri üzə çıxır. Əks cinslər internetdə bir-biri ilə çox tez ünsiyyət tapır və tez bir zamanda ortadan bütün pərdələr götürülür. Bunlar da ailənin dağılmasında ciddi rol oynayır".

Eləcə də sosial şəbəkələrdə qadınlar gözəl rəsmlər qoyurlar və kişilərə elə gəlir ki, qadınların hamısı gözəldi, yaraşıqlıdır, özünəbaxımlıdır. Evə gələndə də həyat yoldaşında bütün günün ağırlığın, yorğunluğun görəndə düşünür ki, tək mənim həyat yoldaşım özünə baxmır. Məişət həyatı ilə, sosial həyatı qarışdıran insanlarda psixoloji travma meydana gəlir və həmin insanların ətrafa qarşı aqressiyası olur".

Sonda onu da qeyd edək ki, ailə daxili problemlər, münaqişələr hər zaman olub. Lakin tərəflər bir- birinə kompromisə getməkdən çəkinməməlidirlər. Hələ ailədə artıq uşaq varsa...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəlb edən yeməkləri soyuducuya qoyduğumuzda, bu mikroblar soyuducudakı digər qidalara da yoluxa bilər. Yenidən qızdırılan yeməklər tərkibindəki qidaların çoxunu itirir.

Bu xəbəri yalnız xanımlar OXUSUN

“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlara yeni fürsət imkanı yaradır.

Dekabrda bu üç bürcün pulu aşıb-daşacaq

Astrologiya hamının izlədiyi bir sahədir. Artıq insanlar gün ərzində yataqdan qalxmadan ulduz falı oxuyurlar. Beləliklə, o, günə qoroskop şərhinə uyğun olaraq başlayır. Astroloqlar bürclərə və onların yüksəlişlərinə çox həssasdırlar. 12 bürc arasında dekabrı zəngin başa vuracaq və sözün əsl mənasında pul qoymağa yer tapmayacaqlar açıqlanıb.