banner
banner

Mədənİyyət

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Misirdə nəşr olunub

| Xəbər 1424 dəfə oxunub
Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Misirdə nəşr olunub

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilində azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi