Surqutun iri ticarət mərkəzlərindən birinə dörd inək girib.
Lenta.ru saytı xəbər verir ki, bununla bağlı videorolik internetdə yayılıb və geniş rezonans doğurub.
Kadrlardan da görünür ki, heyvanlar avtomobil dayanacağından ticarət mərkəzinə çox rahatlıqla, avtomatik qapılardan keçərək girirlər. İnsident ticarət-əyləncə mərkəzi olan “Surqut Siti Moll”da baş verib. Şahidlər iddia edir ki, dayanacaqda inəklərin sayı bundan iki dəfə artıq olub. Onların sözügedən əraziyə necə, haradan girməsi isə böyük sual işarəsi doğurur.
Bu ilin aprelində isə məlum olmuşdu ki, Amerikada heyvan müdafiəçiləri inəklərin xilası üçün vəsait toplayıblar. Onlar Missuri ştatından qaçan bu heyvanların hansısa formada xilasına çalışırdılar.