banner
banner

İqtİsadİyyat

SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb

SOCAR büdcə ödənişlərini 6 faizdən çox artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2% artıb.

Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 milyon 469 min manat vəsait ödəyib ki, bu da 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10,6% artım təşkil edib.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artması ilə bağlı deyib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutuaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirib, o cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlayıb. Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Mən bir vətəndaş kimi siqaret və alkoqollu içkilərin qiymətinin artmasının tərəfdarıyam. Çünki bu məhsulların istifadəsi bilavasitə insanların səhhəti üçün zərərlidir.

Rubl görün neçəyə oldu - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankın faiz qərarı - Manatın taleyi...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin martın 28-də keçirilən iclasında uçot dərəcəsinin 7.75 faizdən 7.5 faizə, faiz dəhlizinin yuxarı həddinin 8.75 faizdən 8.5 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edilib.

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.