banner
banner

Maraqlı

12 il əvvəl itirdiyi üzük burnundan çıxıb

12 il əvvəl itirdiyi üzük burnundan çıxıb

Britaniyanın Kitli şəhər sakininin 12 il boyunca xəbəri olmayıb ki, burnunda üzük ilişib. Lenta.ru saytının xəbərinə görə, bu barədə 20 yaşlı kosmetoloq Ebiqeyl Tompson özü danışıb: “Normal bir gün idi, mən evdə, divanda əyləşmişdim, birdən asqırdım. Sonra dəsmala baxıb düşünürəm ki, görəsən, burnumdan düşən nədir? Dəsmalın içində 2007-ci ildə itirdiyim üzük vardı”.

Qadın asqıranda üzük də onun burnundan düşüb. Bu üzük anasının ona 8 yaşı münasibətilə aldığı hədiyyə idi. Alınandan bir neçə ay sonra üzük itəndə şübhələr qızın rəfiqəsinin üzərində cəmləşib. “Milyon il də keçsə, ağlıma gəlməzdi ki, üzük burnumda ilişib qalıb.

2017-ci ildə xəbər verildi ki, həkimlər 47 yaşlı britaniyalı qadının daxili orqanlarından 40 il bundan əvvəl itmiş oyuncaq tapıblar. Halbuki öncə həkimlər onun daxili orqanlarından şiş çıxdığını düşünürdülər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.