banner
banner

Gündəm

Parisi partladan Vidadi İsgəndərlinin cəsədini Sena çayına atsalar... - Deputatın məqaləsi

| Xəbər 1507 dəfə oxunub
Parisi partladan Vidadi İsgəndərlinin cəsədini Sena çayına atsalar...

Özünü Napoleon Bonapartla bir tutaraq, bütün Avropanın sərkərdəsi olmağa çalışan yeni Fransa prezidentinin “sarı burulğan”a gələn yolu ötən ilin noyabrından başlamışdı. Böyük vətən müharibəsi adını alan 100 illik şərəfli keçmişin yubiley mərasimləri zamanı Yelisey sarayının təcrübəsiz sahibi kobud səhvlərə yol verərək, son 4 ayın yuxusuz gecələrinə səbəb olan açıqlamalarda bulunmuşdu. Yəni, təkcə gənc sovet respublikaları deyil, eləcə də qoca qitənin oturuşmuş dövlətləri belə öz keçmişləri ilə üzləşərkən üzücü mübahisələrdən, əsəb gərilmələrindən və ev-ev, küçə-küçə qazılan səngərlərdən qaça bilmirlər.

İdeologiyalar bütün dövrlərdə təkcə birləşdirmir, həm də ayırır. Müasir Ukraynanı başına götürən reinkarnasiya hadisəsi - yenidən doğulan, qəbirdən qazılıb çıxarılan əski rəhbərlərin ətrafında silahlanan xalq dediklərimizə sübutdur.

On illərin nəhəng siyasətçilərini bir ayın içindəcə məğlub edən Makronun düşdüyü siyasi turbulentliyin səbəbi köhnə ayırıcı xətləri tapdalaması, dünənin mürəkkəb suallarına aydınlıq gətirmək cəhdi idi.  

Fransa tarixinin görkəmli olduğu qədər də ziddiyyətli qəhrəmanı Filip Petenin bir əsr əvvəlki xidmətlərinə qiymət verərkən prezident ehtiyatsızlığa yol verərək söyləmişdi ki, marşalın sonrakı əməlləri onu qətiyyən “1-ci dünya müharibəsinin böyük əsgəri” statusundan məhrum etmir. Məlumat üçün deyək: çar Rusiyası ilə eyni cəbhədə yer alan fransız orduları o zaman Alman imperiyasına qarşı vahid cəbhədə vuruşurdu və hərb tarixinə ən qanlı savaşlardan biri kimi daxil olan Verden döyüşlərində əldə olunan qalibiyyətə görə çar 2-ci Nikolay gələcəyin böyük sərkərdəsi Petenin yaxasına müqəddəs Georgi ordenini şəxsən öz əlləri ilə taxmışdı.

DOSYE 1.jpg (77 KB)

Lakin zamanın suları axır, hər şey dəyişirdi və bütün Avropanı faşizm təhlükəsi başına alanda Hitlerin güclü ordularının qarşısında darmadağın olan Fransaya yeni rəhbər gərək oldu. Axtarışlar özünü çox gözlətmədi. 84 yaşlı Filip Peten nasional-sosializmin tiraniyasına qarşı Müqavimət Hərəkatı təşkil edən fransızların haqlı iradəsinin ziddinə çıxaraq, 3-cü Reyxin başçısına müttəfiqlik əlini uzatdı və bununla da öz millətinin tarixinə ən böyük ləkəni saldı.

Ona görə də bir vaxtlar dünyaya respublika quruluşunu gətirən bir millətin çiyinləri üzərində diktaturanı bərqərar edən qoca marşalı edam kötüyünə gətirən 4 illik hakimiyyəti lənətlə xatırlayan hər kəs belə bir xəyanət dosyesini daşıyan adamın tərcümeyi-halında müsbət məziyyətlər axtaran Emmanuel Makronu bağışlaya bilməzdi. Ən azı 100 minlərlə yəhudinin Osvensem tonqallarında yandırılması, əsir və girovların üzərində aparılan qəddar eksperimentlər unudula bilməzdi.

Bax o vaxtlar Fransa çöllərində faşizmlə savaşda əfsanəvi Müqavimət Cəbhəsinin sıralarında rəşadətli Azərbaycan oğulları da yer almışdılar. Onların birinin adını hətta nəhəng Sovet imperiyası da general Şarl de Qoldan gizlədə bilməmişdi. Çünki Mixaylodan fərqli olaraq, II dünya müharibəsinin qalib simaları içərisində yer alan Əhmədiyyə Cəbrayılov əzəmətli gövdəsi və yenilməz ürəyi ilə gələcək Fransa rəhbərini şəxsən özü ölümdən xilas etmişdi.

Hər bir millətin qürur duyacağı belə səhifələr heç zaman köhnəlmir, yaddan çıxmır və üzərini zamanın unutqanlıq pərdəsi örtmür. Lakin qəhrəmanlıq kimi, fərarilik, casusluq və düşmənə satılmaq da əbədi bir prosesdir. Ondan vaksinasiya olunmaq mümkün deyil. Məgər Stalinə nifrəti adı ilə Reyxin təklif etdiyi çinlərə və muzdlu xidmətə görə sovetlərə qarşı döyüşənlər azmı olmuşdu?

Amma onları millətinə görə fərqləndirməyinə dəyməz. Çünki damarlarından axan qana və ada-soyada görə satqınlara qiymət vermək düzgün deyil. İndi Paris küçələrində əhmədiyyələrin, yaxud bir addım o yana mehdilərin ayaq izlərinin yerində Leyla Yunus, Vidadi İskəndərli, Orduxan Temirxan və onlara bənzər bir para mənfur “demokratiya” dilənçisi addımlayır. Bəli, düz eşitdiniz, azadlıq şüarları ilə silahlanan tüfeylilər qrupu xüsusi bir kastadır və onları sovet dövrünün əyyaşları, oğruları ilə bir mərtəbədə tutmaq da yanlışdır. Milyonlarla insanın canını fəda etdiyi böyük ideallardan danışan xeyli mənəviyyat düşkünü var ki, onları siz hər yerdə görə bilərsiniz. Hüquq istismarçıları və ədalət sümürgənləri şəklində tüğyan edən başıpozuq dəstənin bütün üzvləri əslində bir-birinə çox bənzəyirlər. Hamısı qarşısındakına kompromat axtarır, “səsini yazdırmışam” hədəsi qulaq deşir və Avropaya gələn yardımların bölgüsü uğrunda millətçisi islamçısına, liberalı məhəlliçisinə qənim kəsilib.

DOSYE 2.jpg (27 KB)

Səhərdən axşamadək müasir kommunikasiya vasitələrinin üzərində - simsiz kanalizasiyalarda oturan bu “çirkab böcəkləri”ni görəndə inana bilmirsən ki, həzi aslanovların, gəray əsədovların illərlə məhrumiyyətlərə sinə gərərək əldə saxladıqları qələbə bayrağını götürməyə çalışanlar həmin kişilərin oğullarıdır.

Bir xatırlayın - Sovet DTK-sının gözqamaşdıran əzəmətinə və vahiməsinə baxmayaraq, öz canlarına qıyan onlarla dissident yazıçı, sənət adamı ilə müqayisədə Yunus-Vidadi cütlüyü necə də miskindilər. Təkcə bütün dövrlərin böyük qələm adamı Soljenitsının əzəmətli kölgəsi yuxarıda adları çəkilənlərin bir korpusundan yüksəklikdə dayanır.

“Fəxri legion” ordeni ilə casusluq fəaliyyətinə görə mükafatlandırılan Leyla Yunus mənəviyyat ermənisi olmaqla fəxr edərək uzun illərdi ki, məhbus mövzusunu ifrat zənginlik mənbəyinə çevirib və Avropanın bahalı paytaxtlarında özünə neçə-neçə saraylar ucaldıb.

Adam Kürdəxanıdakı balaca hücrədən hər gün Nyu-Yorka, Strasburq və Brüsselə imdad məktubları göndərər, Bakının Baş binasından acizanə xahişlərdə bulunardı. Prezidentin lütfünə və xeyirxahlığına daxilində gəzdirdiyi İblislə cavab verən sonuncu məxluq təkcə bu olsaydı nə vardı ki?

Bulqakovun “Ustadı”na qarşı hər gün yüz cildə girib planlar hazırlayan şeytan Volandın müasir davamçısı olan Vidadi İskəndərli hələ də onu yaxşı qiymətləndirməyən Yelisey Sarayını qəzəblə yamanlayır, Avropadan üzü qafqazlara gedəcək 12-ci Qızıl ordu qoşunlarına başçılıq edə biləcəyi halda yarımqaranlıq, dar bir otağa sığınmasından giley-güzar edir. Bir yaxşı baxın, Qərb süfrəsinin qırıntıları ilə dolanan bu siyasi dələduzun simasında hər cür ruhi pozuntular aydınca görünür.

Danışarkən hədəqədən çıxan gözləri, tez-tez quruyan ağzı və dili, psixi sapmadan və amneziyadan əziyyət çəkən beyni daxildən axıb gələn zəhər selinin içərisində qovrulan ət parçasına nişan verir. Adam hər gün kimisə asıb-kəsir, vaxt qoyur, ultimatumlar verir və sonra da bir adamın teatrında olduğu kimi hamıya ucadan cəza istəyir, ölüm hökmləri imzalayır. Beləcə səfalətli ömrün son dörd ili keçib gedib, lakin Vidadi İskəndərli hələ də babalarımızın azad etdiyi Sena çayı sahillərində qurulan fələstinli qaçqınlar üçün salınmış baraklarda çürüməkdə davam edir, vahimə içərisində hər gün düşdüyü amansız tələdən və xəstəlikdən azad olunacağı günü gözləyir.

DOSYE 3.jpg (30 KB)

Bəli, o düşərgələrdəki həyat Avropanın zəngin və dəbdəbəli güzəranından çox fərqlidir. Axı necə ola bilər ki, nə Oland, nə də gənc bonapartçı Makron Azərbaycanı xilas etməyə çalışan boz dərili İskəndərli Mandelanın sərəncamına 5-ci ordunu ayırıb Abşeron yarımadasına kimi onu müşayiət etmir?

Nəylə izah etmək olar ki, adam Strasburqun həndəvərində Hüqonun müasir səfilləri ilə birgə toplaşıb etiraz edəndə Baş katib Turbörn Yaqland, yaxud komissar Jan Klod Yunker çağırıb sütunlu salonları onların sərəncamına vermədi, hətta öz kürsüsünü dünyaya əbədi demokratiya məşəli bəxş etməyə çalışan İskəndərli kimi siyasi İŞİD nümayəndələrinə təslim etmədi? Əsla qəbul olunacaq hərəkətlər deyil.

Gerçəkdən o səhnələri izləyəndə insanlıq adına utanc hissi keçirirsən. Boğuq səs tellərindən gələn bağırtı ilə havaya yağdırılan şüarlar xaotik atılan güllələri xatırladır, ətrafa səpələnən nifrət seli Strasburqun Parlament binasının pilləkənlərinə dəyib yerə düşür  və əslində uzun müddət xof içərisində yarımqaranlıq şəraitdə yaşayan “zirzəmi müxalifəti”nin üzvləri açıq havaya çıxmalarını sanki toy-bayram edirlər.

Kənardan bu qorxunc mənzərəni seyr edən avropalı çinovniklər və xalq təmsilçilərinin tövründən açıq görünür ki, Parisə sivil dünya görmək üçün gələnlər birdən-birə onları yaxalayan mağara məxluqlarının qabağında şaşqın qalıblar və taliban ətəkli kütlədən canlarını tez qurtarıb uzaqlaşmağa can atırlar. Nə Rusiya əleyhdarları Putinin, nə də erməni millətçi-demokratları Sarkisyan-Köçaryan tiraniyasının üzərinə belə orta əsr əşirət üsulu ilə yeriməyiblər.

Əvəzində bütün Paris küçələri bir vaxtlar 16-cı Lüdovikin sarayına qəzəbli olan yeni əməkçi xalqın, aşağı sinfin nümayəndələri ilə dolub daşır. Nant, Versal, Tuluza, Marsel və onlarla iri şəhərlərdə “sarı gödəkçə”lərlə zirehlənən lidersiz üsyançılar yerli hökumətin, xüsusilə də polis ordularının dəmir kardonunu bir andaca yarıb keçir, yüzlərlə maşını, mağazanı, bankı yandıraraq bütün Fransanı boğuq bir tüstüyə qərq edirlər. Dünyanın gözü qarşısında davam edən polis terroru və etirazçılara qarşı tətbiq edilən qəddarlıq uzun on illər boyu Avropa demokratiyasının sifətində qara bir ləkə olaraq qalacaqdır.

DOSYE 4.jpg (324 KB)

İmperiya keçmişini arxada qoyan və hamıya qardaşlıq, birlik, bərabərlik gətirən bir xalqın sönməyən etirazı onlarla fundamental tələbə bağlıdır. Nə qədər qəribə səslənsə də Strasburqun kor və kar əyanları Afrikanı cənginə alan işğalçılıq siyasətindən geri durmağa səsləyən sadə insanları eşitmək istəmir, ağır vergilərinin altında inildəyənləri, istismara məruz qalanları qulaqardına vurur. Aksiyaların davam etdiyi son 3 ayda irəli sürülən otuza qədər tələbin bir-ikisini yarımçıq yerinə yetirən Makron hökuməti, əksinə, üsyançılara heç bir zorakılıqdan çəkinmir. Fransanın ÜDM-i 3 trilyon dolları keçib, lakin əhalinin bir hissəsi hər gün yoxsulluğun Hüqo əsərlərindəki səviyyəsinə doğru geriləməkdə davam edir. Ona görə Yeliseyə “zənginlərin prezident”i kimi baxanların sayı durmadan artır.

Halbuki “Marselyoza” sədaları altında dirənən xalqın irəli sürdüyü 24 maddənin hər bir sətirləri arasında varlı bir ölkənin yoxsul və məzlum insanlarının ah-naləsini görməyə imkan verir. Lakin əvəzində millətlə savaşan hakimiyyətin başqa nəticələri getdikcə artır. “Kral Makrona yox” şüarları ilə meydanlara çıxanlardan 11 nəfəri qətlə yetirilib, 5600 nəfərdən artıq etirazçı həbsxanalar atılıb, 24 min insan müxtəlif bədən xəsarətləri alıblar. Buyurun, qazamata atılanları siyasi məhbus elan edin, ölüm aclıqlarına başlayın və tərpədin lüdovikləri qəbirdən görək necə edirsiniz!

Belə idbar səhnədə kürəyini fransız demokratiyasına söykənən siyasi İŞİD yaraqlıları - Vidadi və Yunus  cihadçıları xristian məbədləri yanında mütləqiyyətlə döyüşən xilafətçilərin köməyinə niyə çatmırlar?

Снимок.JPG (50 KB)

Axı azadlıq təkcə dövlətin güclü olmasından, yaxud nüvə silahının varlığından ibarət deyil. Milyonların səsini eşitməzdən gələn bir hakimiyyət iqtisadi maraqları üzündən, yaxud Moskva-Bakı yaxınlaşmasını əngəlləmək üçün ayaqlarından qandalladığı mühacirlərin əli ilə Azərbaycanda hansı demokratiyanı qura bilər?

Yoxsa, Vidadi İskəndərli kimi vətənsizlər Qərbin qapısında boyun əyən milyonlarla yaxın şərqlini də özü kimi silaha sarılıb xalqı ilə döyüşməyə çağırır?!

Məgər Liviyanın Cümhuriyyət liderinin pullarını batıran Belçika bankları həmin on milyardları indi üç cəbhəyə ayrılan ərəblərə qaytara bilməzdilərmi? Qum səhrasında dövlət quran adamın pulu işə yarayır, amma onu taxt-tacdan salana qədər hər gün informasiya terroru ilə məşğul olan Qərb siyasətçiləri və nəhəng media korporasiyaları indi tamam-kamal tayfa davasına təslim olan Liviyanı, yaxud vətəndaş müharibəsində boğulan Yəməni, iki cəbhəyə ayrılan Tunisi, ən nəhayət, bir neçə dövlətin bölüşdürüb qurtara bilmədiyi Suriyanı görmürlər?

Vidadi İskəndərli isə dədəsinin qəbrinin murdarlanmasına qarşı savaşa çıxaraq Vətənin müqəddəs bir parçasının düşmənin əlində qalmasına yardım edənlərlə çoxdan bir sırada dayandığını ortaya qoyur. Halbuki cəmi 25 il əvvəl onun doğmalarının da daxil olduğu milyonlarla insanın canlı və cansız cismini fəlakətdən xilas edən böyük dövlət adamı Heydər Əliyev olmuşdu. Erməni əsarətinə keçən torpaqların altında uyuyan minillik ululara görə ağlamaq, göz yaşları axıtmaq və onları geri qaytarmaq uğrunda müharibəyə qalxmaq Avropa mühacirətinin məqsədlərinə daxil ola bilməz.

Onların yadına Qarabağ düşür? Sonuncu dəfə səngərdən oğullarımızı nişan alan düşmən əsgərlərini nə vaxt söydüklərini kimsə xatırlamır. Xanın, Cabbarın əsirlikdə sızlayan sümükləri Niderlanddan, Brüsseldən gələn direktivlərin proqramına daxil ola bilməz. Ordan gələn ayrı sümüklərdir. Ya da ki qətnamələr. Halbuki Amerika da, Avropa Birliyi də demokratiya və sabitlik seçimində hər zaman Azərbaycanda ikincinin tərəfində yer alıblar. Çünki pis təhsil almış mauzerli frontoviklərin dövründəki dərəbəyliyin faciəli sonluğunu onlar da unutmayıblar. Ona görə də xalqın yaddaşsızlığına ümid bəsləyib  Mütəllibovun, Elçibəyin hakimiyyət illəri haqda balladalar bəsləyəndə tam əmin olun ki, yeni nəsillə yanaşı, inqilabi demokratiya keçmişini heç zaman yaddan çıxarmayan bir neçə milyon insan hələ sağdır. Bir-birini əvəz edən çevrilişləri, şəhid və torpaq alverini, siyasi repressiyaları tarixin ağ ləkələri kimi təkcə dövlət muzeylərində deyil, eləcə də Vətənin qəlbində və bədənində qoruyub saxlayanlar var. Tarixi pauza heç zaman izləri tam silib qurtara bilmir.

Bəli, o günlərin xaos diktaturasında imdad diləyən xalqın içərisində salamat qalan xeyli nanəcib, satqın və xəyanətkar zaman-zaman müxtəlif yerlərdən baş qaldırıb dövlətin üstünə çirkab axıdanda hamı başa düşür ki, atəşkəs hərbi meydanlarda əldə olunsa da siyasət və mənəviyyat cəbhəsində döyüşlər heç zaman ara verməycək. İndi siz deyin, İskəndərlinin dədəsinin qəbri hər gün onun oğlunun kəsafət qoxuyan nəfəsi ilə daha çox murdarlanır, yoxsa, o torpaqlar işğal altına düşsəydi, belələri daha rahat olardı?

Görün, Azərbaycanı təhrik etdikləri davada hansı troll ordusu ilə üz-üzə qalmışıq. Vidadi İskəndərlinin dispenser yatağından yağdırdığı virusa dəstək verən Asif Məmmədov adlı birisi baxın nə yazır: “Azərbaycanın qurtuluşu xalqın əlində deyil. Yalnız məxfi silahlı qruplar xaos və ölüm yoluyla Azərbaycanı xilas edə bilər. Hər gün ölümlər və hərc-mərclik. Böyük Fransız inqilabı uşaq oyuncağına çevrilməlidir qəddar Azərbaycan inqilabının qabağında. Adları soruşulmadan bir neçə gün içində mərhəmətsizcəsinə öldürülməlidilər. Azadlıq budur. Hər şey qanda batırılmalıdır, yalnız bu yol qalıb.

Təlimat:

Fərdi şəkildə müstəqim personal hədəfli həmlələr təlimatı

Qrup şəkilində təşkilatlanmış müstəqim (direk) personal hədəfli həmlələr təlimatı

Çağdaş texniki vəsitələri istifadə edərək personal hədəfli həmləni məsafədən idarə edərək həyata keçirmə təlimatı

Sadə, məişətdə əl altında olan kimyəvi və fiziki maddə və qanunları istifadə edib və onlara dayanaraq, hücum alətləri qurma təlimatları yayılmalıdır. Hamıya ölüm!”.

Üsəma bin Ladeni bəşəri təhlükə elan edənlərin belə gündəliklərə baxmağa hələ macalı yoxdur.

Bəli, Avropadan ixrac olunan cihad ideologiyası bir vaxtlar puştun tayfalarından terror orduları düzəldib Əfqanıstana - Sovet qoşunlarının üzərinə göndərilməsi eyni işdir. Lakin Azərbaycan dövləti və onun liderinin on illərlə yol gələn böyük dövlətçilik kursu ona qarşı döyüşən minlərlə xarici və daxili militanları məğlub etməyə hər zaman qadirdir!

İlham Əliyev təmsil etdiyi bir milləti yer üzündən silməyə qalxan 100 illik strategiyaları, Azərbaycanı neft-qaz gölməçələrində Yaxın Şərqin arenasına çevirmək istəyənlərin xəyallarını puç edir. Çünki o, Heydər Əliyev kimi nəhəng hakimiyyət ustadının oğludur. Mərddir, cəsurdur, qətiyyətlidir. Prezidentin zatı ali olanda ona qarşı birləşən kütbeyinlər ordusunun cılız mənşəyi daha aydın görünür və siyasi liliputların atdığı daşlar Parisin dumana bürümüş çöllərində itib-batır. Məgər Heydər Əliyevin əl-ayağına dolaşanların hansı çörək tapdı və uğur qazandı ki? Heç biri...

Qamboy Məmmədovdan üzü bəri Siyasət Patriarxının kölgəsini qılınclayan minlərlə adamın hansını ədalətli hakim olan zaman öz pyedestalında yuxarı yerə çıxarıb? Başqa nə cür ola bilərdi ki? Dünyadan qalib gedən və böyük Azərbaycan dövlətinin memarına çevrilən bir sərkərdəni ruhlar dünyasında məğlub etmək yalnız don kixotların ağlına gələ bilər.

Ona görə də İlham Əliyevin qurduğu ordunun Xankəndi və Şuşa qalasında keçirəcəyi qələbə paradı yüzlərlə paytaxtlarda lövbər salan nə qədər iskəndərli vücudlarının yerlə-yeksan olunması demək olacaq. Hər gün atılan mərmiləri zərərsiz və puç edən ilahi səbəb budur. Böyük xalq məhəbbətinə dəyib yerə çırpılan qəlpələr toxunulmaz və məğlubedilməz bir liderin gücünün ən böyük sirridir!

Əvəzində Paris küçələrində sərgərdan gəzən Yunus-Vidadi dueti Şarli Hebdoya qarşı qətliama keçən əlcəzairli qardaşları xatırladır. Onlar fərqli düşünən hər kəsi qabaqlarına qatıb biçməyə hazırdırlar. Lakin fransız polisi güzəştsizdir, amansızdır və terrorçuların gizləndiyi nöqtələri yaxşı görürlər. Vidadi İskəndərli də Kuaşi qardaşları kimi istifadə müddəti başa çatır və onu edam kötüyünə gətirərkən görkəmli axtarmağa ehtiyac görən yoxdur. Lüdoviki eşefota apardıqları meydanda deyil, cəlladlar üçün ayrılan guşələrdə, gözdən-könüldən uzaq çuxurlarda miskin bir şəkildə elələrini yox edəcəklər. Sena çayı xəyanətkar başları qəbul etmir və min illərdi axıb durulan, böyük liderlər yetirən fransız xalqına həyat bəxş edən sular qılınclarından axan qanı təmizləyib qurtarmağa qadirdir. Peteni 89 yaşında general de Qoll gilyotinadan xilas etsə də onu bağışlamayan böyük bir millətin ədalətinə kiminsə şübhəsi ola bilməz!

Yeri gəlmişkən, Kuaşi qardaşlarının qəbrinin yerini bilən varmı? Çox acımasız və cavabsız sual oldu, deyilmi? Axı satqınların və xəyanətkarların cismini onların doğulduğu torpağa qaytarıb dəfn edən olmur. Çünki Vətən torpaqları elələrini qəbul etmir!

P.S. 30 il öncə dünyasını dəyişmiş atamı, yaxınlarımı və doğmalarımı müqəddəs bir heyranlıqla xatırlayarkən Göylər imperiyası Çinin görkəmli fikri adamı və hərbi strateqi Sun Tszının sözlərini yada salıram: “Müharibədə qələbənin birinci şərti düşmənin niyyətini puç etməkdir!”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi