banner
banner

Gündəm

“Lady Sharm”ın sahibləri xaricdən qayıtmaq istəmirlər - saxta mallar satılması məsələsi böyüyür

“Lady Sharm”ın sahibləri xaricdən qayıtmaq istəmirlər -

Son günlər Bakıda məşhur “Lady Sharm” mağazalar şəbəkəsinin bağlanması haqda məlumatlar yayılıb. Bildirilir ki, şəbəkənin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Həbsə səbəb mağazalar şəbəkəsinin bazara məşhur brendlərin saxtalaşdırılmış çeşidlərini çıxarmasıdır. “Yeni Müsavat”a daxil olan xəbərdə deyilir ki, məşhur brendlərin saxta çeşidləri Bakıda və xaricdəki sexlərdə hazırlanıb. Bu haqda hüquq mühafizə orqanlarına məlumat daxil olandan sonra “Lady Sharm” mağazalar şəbəkəsinin ayrı-ayrı ticarət nöqtələrində əməliyyatlar keçirilib, məşhur brendlərin saxtalaşdırılmış çeşidləri maddi sübut kimi yük maşınları ilə xüsusi anbara daşınıb.

Yerli saytların yazdığına görə “Lady Sharm” mağazalar şəbəkəsinin sahibləri xaricdə olduqlarından əməliyyat zamanı həbsdən yayına biliblər. Amma onların Bakıdakı işçilərindən xeylisi həbs edilib. Hazırda  “Lady Sharm”ın rəhbərləri bütün saytlarla əlaqə qurub, barələrində yayılan xəbərləri sildirmək istəyirlər. Buna müəyyən qədər nail də olublar. Deyilənə görə, şəbəkənin əsas sahibi regional TV-lərdən birinin sahibinin kürəkənidir. Buna görə də bəzi saytlara nüfuz edə bilirlər.

“Yeni Müsavat”a daxil olan məlumata görə, şəbəkənin rəhbər şəxsləri yaxın çevrələrinə bildiriblər ki, Azərbaycana gələ bilməyəcəkləri təqdirdə, Avropa ölkələrindən siyasi sığınacaq istəmək fikrinə düşə bilərlər. İddialara görə, hətta bunun üçün bəzi müxalifət partaiyalarının rəhbərlərindən böyük məbləğ müqabilində arayış almaq variantı da gözdən keçirilir.

Şəbəkənin rəhbərliyinin qəzəbə gəlməsinin səbəbi kimi nüfuzlu şəxslərin aldadılması olub. Bildirilir ki, “Lady Sharm” mağazalarından alver edən məşhurların arasında çox nüfuzlu şəxslər də olub, onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb.

Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz adlı xanım saytlara açıqlamasında xəbəri təsdiqləyib: “Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəyəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.

Saytlar yazır ki, əslində mağazalar şəbəkəsinin əsl sahibi başqa şəxsdir, güclü cinsin nümayəndəsidir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, Aybəniz xanım, sadəcə, işlərin başında dayanan şəxsdir.

Ä°lgili resim

“Yeni Müsavat” əməkdaşı dəqiqləşdirib ki, “Lady Sharm” mağazalar şəbəkəsinin Bakıda ümumilikdə 16 ticarət nöqtəsi var, həmin nöqtələrdən biri “Gənclik Mall”da, digəri isə “28 May Mall”da yerləşir.

“Lady Sharm” mağazalar şəbəkəsinin “Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazası da hazırda bağlıdır. Yaxınlıqdakı mağazaların satıcıları deyiblər ki, buradakı “Lady Sharm” bir neçə gün əvvəl bağlanıb və nə vaxt açılacağı da bilinmir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

Parkinq sabotajı: Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb. Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.

“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən AÇIQLAMA - FOTO

Azərbaycanın bəzi rayonlarında min hektarlarla əkinəyararlı torpaq sahələri, örüş yerləri hasarlanıb və illərdir toxunulmaz ərazilər kimi imkanlı şəxslərin, o cümlədən məmurların mülkiyyətində saxlanılır. Hətta dövlət başçısı da zamanında əkinəyararlı torpaqların imkanlı şəxslər tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi.

SON DƏQİQƏ! XİN məlumat yaydı

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək almayıb.

Azərbaycanın quru sərhədləri açılmayacaq

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.