banner
banner

Sİyasət

Fazil Mustafa: “Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”

| Xəbər 992 dəfə oxunub
Fazil Mustafa: “Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”

“Təəssüf ki, Azərbaycanda aqressiyanın artması müşahidə olunur”. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu fikirləri ölkədə düşərgələarası münasibətlərdən “Yeni Müsavat”a bəhs edərkən söylədi.

Millət vəkilinin fikrincə, ilk növbədə, təbii ki, cəmiyyətin müəyyən problemlərinin vaxtında həll olunmaması ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, hakimiyyətin bir sıra addımları vaxtında atması qarşı tərəfin arqumentlər sarıdan “tərksilah” olunmasına gətirib çıxara, nəticədə aqressiyanın azalmasına səbəb ola bilər: “Ölkə prezidenti şəhid ailələri ilə bağlı problemi həll etdi. Halbuki müvafiq qurumlar vaxtında bunu həll etsəydi, heç bu qədər ajiotaj da yaranmayacaqdı. Yaxud təqaüdçülər, iş yerləri ilə bağlı məsələlər var... Yüzlərlə tikinti obyektinin işinin dayanması problemləri var. Həmçinin istehsalla bağlı problemlər mövcuddur. Artıq alqı-satqı, bazar dayanıb, ticarət yoxdur. Müəyyən maneələr, inhisarçı fəaliyyətlər imkan vermir ki, insanlar çörəkpulu qazansınlar. Çörəkpulu qazanmayan adam mütləq küçəyə çıxmalıdır. Yəni ümid edir ki, bəlkə nə isə dəyişdi və mən çörək qazana bildim. Ona görə də əslində hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”.

F.Mustafa burada müxalifətin də günahkar olduğunu vurğuladı: “Aqressiyanın artmasında müəyyən barışmaz müxalifət ünsürlərinin də rolu böyükdür. Bu isə onlara daha çox ziyandır. Çünki bu üslubda mübarizə sabah onların ətrafında toplanan insanların daha cilovlanmamış, cilalanmamış və istənilən vaxt ancaq dağıntılarla, pozuculuq fəaliyyətlə məşğul olan bir davranışa vərdiş elətdirir. Yəni əslində müxalifətin elektoratı daha mədəni, daha səviyyəli davranmaqla iqtidarı islahatlar aparmağa məcbur etməlidir. Bütün hallarda bunu etmək, aqressiyanın tonunun müxalifət tərəfindən aşağı salınması, məncə, daha faydalı yoldur. Çünki bu oyun qaydaları iqtidardan çox, müxalifətə lazımdır. İqtidarın əlində dəyənək var, sənin əlində heç nə yoxdur. Aqressiv mühit yaradılanda uzaqbaşı daha çox dəyənək yeyiləcək. Ona görə də müxalifət dəyənəyi işə salmağa bəhanə verəcək addımlardan çəkinməlidir. O, əlində olan sosial şəbəkənin, mətbuatın, medianın, daha tolerant və müəyyən dərəcədə mədəni üslubundan istifadə edərək səviyyəli tənqidlə cəmiyyətdən dəstək qazanmağı bacarmalıdır. Bu, olarsa, gələcəkdə özünün də kadr bazasının daha sağlam insanlardan ibarət olmasına imkan yarada bilər və bu, onun özünün də xeyrinədir



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi