banner
banner

Mədənİyyət

Prezidentdən Seyid Şuşinski ilə bağlı sərəncam

| Xəbər 1335 dəfə oxunub
Prezidentdən Seyid Şuşinski ilə bağlı sərəncam

Prezident İlham Əliyev fevralın 4-də Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) 130 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncama əsasən, Seyid Şuşinskinin 130 illiyinə həsr edilmiş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda qeyd edilir ki, Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi