banner
banner

Səhİyyə

Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb - DƏHŞƏTLİ STATİSTİKA

Ötən il dünyada 10 milyona yaxın insan xərçəngdən ölüb

Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə dünyada, təxminən, 18,1 milyon insanda xərçəng xəstəliyi aşkarlanıb. Dünyada xərçənglə bağlı ölümlərin, təxminən, 70%-i aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.

 

Xərçəng ölümlərinin, təxminən, 30 faizi artıq çəki, hərəkətsizlik, düzgün olmayan qidalanma, tütün və spirtli içki istifadəsi ilə əlaqəlidir. ÜST ekspertləri hesab edirlər ki, ən real risk faktoru isə siqaret və spirt istehlakıdır. Belə ki, xərçəng səbəbindən ölümlərin 22%-i siqaretlə əlaqəlidir. Ona görə də xəstəlik kişilər arasında daha çox yayılıb.

Hesabata əsasən, təxminən, 1,76 milyon insan ağciyər, 783 mini mədə, 782 mini qaraciyər, 627 mini isə süd vəzisinin xərçəngindən ölüb. Bundan başqa, həmin müddətdə 300 min uşaqda xərçəng xəstəliyi aşkarlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Pasiyentin öldüyü "Medicare" klinikası bağlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb.

Dünya yeni pandemiya ilə üz-üzədir? - Professordan açıqlama

"X xəstəliyi" dedikdə, konkret bir xəstəlik nəzərdə tutulmur. Söhbət növbəti pandemiyalardan gedir. Hələ COVID-19 pandemiyasından illər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 xəstəliyi açıqlamışdı. Həmin vaxt qrip pandemiyasının da olacağı deyilirdi".

Azərbaycanda yeni qalmaqal: Qadınlar həkimlərlə birgə kişiləri aldadır? - BU NƏDİ BELƏ?!

“Övladı olmayanların süni mayalanmaya əl atması halları artır. Məlum olduğu kimi, həkimlər ər və arvadın hüceyrələrini götürərək embrion yaradır və qadının bədəninə yerləşdirirlər. Lakin necə əmin olaq ki, həkimlər məhz ər və arvadın hüceyrələrindən istifadə edirlər? Bəlkə hüceyrələr donorlara məxsusdur? Söz açacağım hadisə məhz bu qəbildəndir”.

Qızılcaya yoluxanlar buna görə ölür - Həkimdən SOS

Qızılca virus şəkilində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir.