banner
banner

Gündəm

Ekspertlərdən Transparency İnternationala ağır ittihamlar

| Xəbər 1015 dəfə oxunub
Ekspertlərdən Transparency İnternationala ağır ittihamlar

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı müxtəlif ölkələrdə dövlət-hakimiyyət orqanlarında korrupsiyalaşma səviyyəsinə dair araşdırmaların nəticələrini də açıqlayıb. Təşkilatın 2017-ci ilin yekunu ilə bağlı ABŞ-da apardığı sorğudan aydın olub ki, amerikalıların 44 faizi korrupsiyanın Ağ Evdə geniş yayıldığını güman edir -  2016-cı ildə bu göstərici 36 faiz idi. ABŞ-da hər 10 adamdan 7-si inanır ki, hökumətin korrupsiyaya qarşı apardığı mübarizə uğursuzluğa duçar olub, 2016-cı ildə isə hər 10 nəfərdən cəmi 5-i belə düşünürdü. Afrika əsilli amerikalıların üçdəbiri əmindir ki, Amerika polisi korrupsiya içindədir. Əvvəlki il isə onların beşdəbiri bu fikirdə idi. Rəyi soruşulanların 55 faizi bəyan edib ki, korrupsiya ilə bağlı məlumatı polisə ötürmək qorxuludur, çünki ittiham etdiyin tərəf sənə ciddi zərbə endirə bilər. 2016-cı ildə isə rəyi soruşulanların yalnız 31 faizi belə düşünürdü. Rəyi soruşulanların 74 faizi əmindir ki, sadə adamlar korrupsiyaya qarşı mübarizənin gedişinə təsir edə bilər.

Tədqiqat zamanı doqquz nüfuzlu qrup arasında korrupsiyanın dərəcəsi araşdırılıb. Bunlar milli hökumət (prezidentin ofisi, konqres üzvləri, hökumət məmurları), ictimai müstəvidə olan məmurlar (vergi məmurları, polis, hakimlər, yerli məmurlar) hökumətin bir hissəsi olmayan, ancaq güclü təsirə malik şəxslər (işgüzar rəhbərlər, dini liderlər) bu 9 qrupu özündə ehtiva edir. Bu qruplar arasında hökumət və rəsmi Vaşinqtondakı məmurlar Amerikada ən korlanmış korrupsioner məmurlar hesab olunur. Amerikanların 44 faizi deyir ki, prezidentin ofisində çalışanların çoxu, hətta hamısı ABŞ-da korrupsiyanın ən öncül hissəsini təşkil edir. 2016-cı ildə amerikalıların yalnız 36 faizi belə düşünürdü....

BŞT-nin fəaliyyətini dəyərləndirən Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyevanın “Yeni Müsavat”a dediyinə görə, müasir qlobol siyasi müstəvidə mövcud beynəlxalq təşkilatlar və QHT-lərin əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyası müşahidə olunur: “Zaman-zaman siyasi və iqtisadi lobbi qruplarının əlində vasitə olan, müxtəlif dövlətlər üçün proseslərə yanaşmalarda ikili standartlar, çox vaxt isə qərəzli yanaşmalar tətbiq edən bu təşkilatlar beynəlxalq siyasətdə və münasibətlərdə sanki ”polis" rolunu oynamaq iddiasındadırlar. Haqqında danışdığımız bu tip təşkilatlardan biri məhz Transparency İnternationaldır. Özünü ümumdünya antikorrupsiya koalisiyası adlandıran, üzərinə ölkələr üzrə korrupsıya səviyyəsini müəyyənləşdirmək qədər iddialı bir missiya götürən Transparency İnternasional fəaliyyətinin müxtəlif dövrlərində, ölkələr üzrə mediada gedən koorupsiya haqqında məlumatların cəmlənməsi qədər qeyri-ciddi bir üsulla hesabatlarının hazırlanması təcrübəsi ilə məşhur idi. Fəaliyyətinin sonrakı dövrlərində Transparency İnternational da digər bu tip beynəlxalq QHT-lər kimi iqtisadi və siyasi lobbi qruplarının təsiri altına düşdü və fəaliyyətini bu dairələrin maraqlarının təminatı üzərindən maliyyələşməsi ilə davam etdirdi. 2005-ci ildə beynəlxalq dairələrdə Transparency İnternational kəşfiyyatlar və xüsusi xidmətlərlə əməkdaşlıq ittihamları ilə üz-üzə qaldı".

Xanım politoloq deyir ki,Transparency İnternationalın hesabat və dərclərində istinad etdiyi təsisatlardan biri də OCCRP- dir (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatlılığı): “Haqqında danışdığımız OCCRP hesabatlarındakı məlumatların kəşfiyyatlar və xüsusi xidmətləri sızdırması əsasında formlaşmasının beynəlxalq kiber və umumi təhlükəsızlık sammitlərində dəfələrlə ən yüksək səviyyədə səsləndirilib. Bu qurumun yaranması tarixinə diqqət edəriksə, qurum məhz 2005-ci ildə Transparency İnternationalın kəşfiyyat və xüsusi xidmətlərlə əməkdaşlıq ittihamları ilə üz-üzə gəldiyi ilə təsadüf edir və məhz həmin ildən başlayaraq təşkilat OCCRP adlanan bir qurumun xidmətlərindən istifadə edir”.

Y.Hacıyevanın sözlərinə görə, neft gəlirlərinin azalması fonunda, Azərbaycanda iqtidar son illər korrupsiyaya qarşı real mübarizə aparır:“Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edən, əlverişli biznes və investisiya mühiti formalaşdıran, sahibkar hüquqlarının müdafiəsi imkanlarını genişləndirən siyasət nüfuzlu maliyyə və kredit institutları tərəfindən izlənilir və yüksək qiymətləndirilir. Məsələn, 2018 ci il beynəlxalq reytinq agentlikləri ”Standard & Poor’s" , “Moody’s” və “Fitch” Azərbaycanın kredit reytinqini yüksəldib, “Heritage Foundation” dərc etdiyi nüfuzlu “2018 İqtisadi Azadlıq” indeksində isə Azərbaycanın göstəriciləri nəinki MDB ölkələrini, hətta Fransa, İtaliya kimi dövlətləri üstələyib. Qlobal iqtisadi və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan belə nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycana pozisiyasını bu qədər yüksək dəyərləndirdiyi bir ildə son illər korrupsiya və şübhəli maliyyə əməliyyatları ittihamı ilə nümayəndəlikləri 15-ə yaxın ölkədə rəsmi şəkildə bağlanmış Transparency İnternationalın Azərbaycanı neqativ indeksdə göstərməsi heç də təsadüfi deyil. Xorvatiyada Transparency İnternational siyasi proseslərə müdaxilə, müxalif qrupların xaricdən maliyyələşdirməsi ittihamı üzündən bağlanıb. Qeyd edim ki, ABŞ-da da Transparency İnternationala analoji ittiham irəli sürülmüşdu. Bu qalmaqalları iqtisadi və siyasi analitiklər Transparency İnternationalın beynəlxalq səviyyədə “reket” üsullarla qrant alınması kimi qəbul etmişdilər. Bütün bunlar, daha öncə də qeyd etdiyim kimi qlobal iqtisadi və maliyyə dünyasının qanunverici təsisatları kimi tanınan, nüfuzlu maliyyə və kredit institutlarının Azərbaycanın pozisiyasını bu qədər yüksək dəyərləndirdiyi bir ildə Transparency İnternationalın enerji və maliyyə ehtiyatları ilə zəngin ölkəmizin niyə belə neqativ indeksi verməsini izah edir".

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də hesab edir ki, BŞT-nin hesabatı qərəzlidir: “Bunu ilk öncə ondan görmək olur ki, bu təşkilat hesabatını öz araşdırması əsasında hazırlamayıb. Onlar özləri də qeyd edirlər ki, son beş ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində pozitiv dinamika qeydə alınıb. Birdən-birə necə oldu ki, bu pozitic dinamika 30 pillə geriyə atılacaq qədər əks proseslə əvəz olundu? Onlar OCCRP-nin hazırladığı hesabat əsasında Azərbaycana qiymət veriblər. Həmin OCCRP-ni əsas maliyyələşdirən isə Corc Sorosdur. Eyni zamanda Transparency İnternationalın layihələrinin maliyyələşdirilməsində də Sorosun yaratdığı fondlar, qurumlar yaxından iştirak edir. Təşkilatın ABŞ-dan aldığı maliyyənin 469,992 dolları Foundation Open Society Institute (Soros Fondu),  213,225 dolları yenı Sorosun yaratdığı Open Society Institute Development Foundation, 241,502 dolları Friends of Transparency International  tərəfindən ayrılıb. Bütün bunlar onu göstərir ki, bu təşkilatın Azərbaycanla bağlı mövqeyində açıq qərəz var”.

M.Ələsgərlinin sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi ötən ilin sonlarında baş verib: “Orada əvvəlki hakimiyyətin yüksək vəzifəli şəxsləri ağır korrupsiya ittihamı ilə həbs edilirlər. Amma Transparency İnternational deyir ki, Ermənistanda korrupsiya azdır. Bu da təşkilatın ikili yanaşmasının göstəricisidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi