banner
banner

Maraqlı

Naməlum kişi bir müddət tələbə qızın dolabında yaşayıb

Naməlum kişi bir müddət tələbə qızın dolabında yaşayıb

Amerikanın Cənubi Karolina ştatının Qrisboro şəhərində yaşayan Meddi adlı tələbənin dolabında bir neçə gün yad bir insan yaşayıb. Lenta.ru saytının xəbərinə görə, bütün o müddət ərzində qız düşünürdü ki, onun dolabında ruh ruh var. İstirahət günlərində Meddi onun qarderobundan bəzi əşyaların itdiyini fərq edib. Şortik və idman şalvarları, heç vaxt yerində tapılmayan əşyalar sirli məkanlardan çıxırdı. Vanna otağının divarlarında isə kimlərinsə əl izləri qalırdı. 

Şənbə günündə Meddi otaq yoldaşı ilə birgə öz narahatlığının mənbəyini otaqda tapıb. “Birdən-birə dolabda nəsə səs qopub. Mən soruşdum: ”Orda kim var?" və cavab gəldi: “Oy, mənim adım Dryudur”. Mən dolabın qapısını açdım və orada mənim əşyalarımı geyinmiş bir nəfər oturmuşdu. Yanında isə içi mənim geyim əşyalarımla dolu bir portfel vardı".

Qorxmuş qız dərhal öz sevgilisinə zəng edib. Kömək gözlədiyi dəqiqələrdə yad adamla danışmağa davam edib, onu orda daha çox saxlamağa çalışıb. Həmin müddət ərzində kişi onun şlyapasını taxıb və vanna otağının güzgüsündə özünə baxıb.

Nəticədə polis kişini saxlayıb. Bu, 30 yaşlı Endryu Svofford olub. Onu həbs edərək, yerli türməyə göndəriblər. Ancaq 26 min dollar qarşılığında onu azadlığa buraxa bilərlər.

İndi Meddi öz rəfiqəsi ilə aydınlaşdırmağa çalışır ki, yad kişi necə mənzilə yer tapa bilər. Belə ki, 2018-ci ilin 19 dekabrında iki naməlum kişi qeyri-qanuni şəkildə onların evinə soxulandan sonra qızlar evin qıfılını dəyişdirmişdilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İlinizin uğurlu və xoşbəxt keçməsi üçün 1 yanvarda nə etməlisiniz?

Yeni ili bir çoxları yeni, daha xoşbəxt və uğurlu həyatın başlanğıc nöqtəsi hesab edir. Ancaq həyatınızı yaxşılığa doğru tez və asanlıqla dəyişdirmək üçün müəyyən ritualları yerinə yetirməlisiniz. Dərhal rezervasiya edək - bu sehrli deyil, bu rituallar sizi uyğun əhval-ruhiyyəyə salmaq və sizi fəaliyyətə həvəsləndirmək üçün nəzərdə tutulub.

Kosmosdan qəribə siqnallar AŞKAR EDİLDİ

Kosmosun ən uzaq nöqtələrindən yayılan sirli sürətli radio partlayışları (FRB) alimlər üçün intriqa obyekti olmaqda davam edir. Yeni kəşf edilmiş siqnal hətta təcrübəli tədqiqatçıları da çaşdırıb və onları açmaq üçün yeni sirlər buraxıb.

2023-cü ilin ən maraqlı vəhşi təbiət FOTOLARI

2023-cü ilin ən maraqlı vəhşi təbiət fotoları yayımlanıb. Musavat.com xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb. Belə ki, “Nature's Best Photography” (NBP) nüfuzlu beynəlxalq mükafatının münsiflər heyəti 2023-cü ilin nəticələrinə yekun vurub. Siyahıya 11 fotoşəkil daxildir:

2024-cü illə bağlı proqnoz: Ciddi dəyişikliklər... - FOTO

Yeni il artıq yaxınlaşır. Bütün astroloqların proqnozlarına görə, ulduzlar bizə 2024-cü ilin qeyri-müəyyən olacağını vəd edir. Birincisi, sıçrayış ilidir. İkincisi, ilin bütün rəqəmlərini toplasanız, 8-i alırsınız. Hər rəqəmin öz mənası var: doqquz bir dövrün sonunu göstərirsə, səkkiz sınaq və gərginliyi ifadə edir.