banner
banner

Sosİal

Tramp twitteri dəbə sala bilmədi

Tramp twitteri dəbə sala bilmədi

Son illər dünyada twitter digər sosial şəbəkələri üstələyib. Bu, daha çox siyasətçilərin istifadə etdiyi, öz siyasi mesaj və olaylara münasibətini bildirdiyi məkandır. Hazırda twitteri daha çox “virtual diplomatik şəbəkə” adlandırırlar. Bu məkan siyasətçilərin ünsiyyəti üçün daha səmərəli şərait yaradır.

Bəlli olub ki, ABŞ-ın eks-prezidenti Barak Obamadan sonra ən populyar siyasi lider Hindistanın baş naziri Narendra Modidir. Onun hesabı 2014-cü il seçkilərindən sonra “kəllə-çarxa vurub”. Modinin 18 milyondan çox davamçısı var. Amma Obamadan sonra twitteridə fırtına əsdirən siyasətçilərdən biri də hazırkı prezident Donald Trampdır. “The New York Times” qəzeti D.Trampın Twitter hesabı vasitəsilə təhqir etdiyi şəxslərin siyahısını hazırlayıb. Yazının girişində qeyd olunub ki, D.Tramp prezidentliyə namizəd olan gündən etibarən təhqir etdiyi insanlar, məkanlar, əşyalarla bağlı böyük bir siyahı hazırlanıb. Siyahıda ümumən 281 təhqir obyekti qeyd olunub. Təhqir olunanlar arasında təkcə Respublikaçılar və Demokratlar Partiyasının ayrı-ayrı nümayəndələri yox, eyni zamanda, KİV-lər, kompaniyalar, hətta bəzən bütöv ölkələr də olub. Məsələn, Tramp Çini “qorxunc ölkə”, ABŞ prezidenti Barak Obamanı isə “zəif və qeyri-effektiv” prezident, “The Wall Street Journal” nəşrini isə “tabloidə bənzər” adlandırıb.

Ä°lgili resim

Təhqir olunanlar arasında xüsusi yeri heç şübhəsiz ki, demokratların prezidentliyə namizədi (təbii ki, keçmiş) Hillari Klinton tutur. Tramp bu günə qədər onun ünvanına düz 300 əsəbi tveet həsr edib. Məhz sosial şəbəkədəki bu cür əsəbi tveetlərinə görə məsləhətçiləri 2016-cı ilin 6 noyabrında onu sosial şəbəkədən uzaqlaşdırmışdılar. Belə qərarın verilmə səbəblərindən biri də Trampın sosial şəbəkədə diplomatik davrana bilməməsi və bununla da özünə qarşı xeyli qıcıq yaratması idi. Nəşr qeyd edir ki, Trampın mikrobloqu 14 milyona yaxın izləyici tərəfindən təqib edilir.

“Çox nadir hallarda tvitterdə paylaşımlarıma görə peşman oluram”. Bu sözləri Tramp Almaniya kansleri Angela Merkellə keçirdiyi mətbuat konfrası zamanı demişd. “Əgər peşman olsaydım, indi siz burada olmazdınız”, - deyə dövlət başçısı bildirib. ABŞ prezidenti öz fikirlərini sosial media vasitəsilə çatdırmağa davam edəcəyinə işarə edib.

“Yalnız saxta xəbərlər və Trampın düşmənləri mənim sosial mediadan istifadə etməyimi dayandırmağımı istəyir. Bu, mənim üçün insanlara həqiqəti çatdırmağın yeganə yoludur!”, - deyə Tramp tvitter səhifəsində mesajında yazıb.

trump twitter ile ilgili görsel sonucu

Amma o, zaman-zaman twitter hesabı vasitəsilə ciddi səhvlərə yol verib. Tramp qızı haqda yazdığı statusda hiperlink yerinə İvanka Trampın yox, İvanka Majicin adını qoyub. Majic isə prezidentdən ehtiyatlı olmağı xahiş edib. Majic tvitterdə Trampa müraciət edib: “Donald Tramp, siz böyük məsuliyyət daşıyırsız. Mən sizdən xahiş edirəm ki, twitterdə ehtiyatlı olun və daha çox iqlim dəyişiklikləri barədə öyrənin”.

Amma onun tvitter vasitəsilə verdiyi ciddi mesajları da yaddan çıxarmayaq. Trampın İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə imzaladığı fərman, habelə qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırması dünyada ona qarşı ciddi tənqidlərə yol açmışdı.

D.Tramp isə ona qarşı yönəlmiş tənqidlərə twitter hesabından iki cümlə ilə cavab verib:“ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır. Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”.

Ümumən liderlərin twitteri ilə mətbuat müşavirlərinin hər kəlməni ölçüb-biçən ordusu məşğul olur. Bu mənada Estoniya prezidenti Tomas Hendrik İlves istisna təşkil edir. Bir də Norveçin baş naziri Erna Solbergin buraxdığı səhvlərdən görünür ki, postlarını özü yazır. Lakin Argentina prezidenti Cristina Kirçnerin təqibçiləri deyə bilərlər ki, hərf səhvlərindən də ağır cinayətlər mövcuddur. Belə ki, Çinə səfəri zamanı Argentina lideri çinlilərin “r” hərfını tələffüz etməkdə çətinlik çəkdikləri barədə zarafat etmiş və dərhal da iqrçilikdə ittiham olunmuşdu. G7 ölkələrinin liderləri arasında Almaniya kansleri Angela Merkel twittersiz lider kimi istisna təşkil edir. Bəlkə Almaniya kansleri düşünür ki, twitterin 140 sözlük yazı məkanı alman dilinin mürəkkəb isimləri üçün darlıq edə bilər. Onu da  demək lazımdır ki, dünyanın heç bir lideri twitter çempionu deyil. İzləyicilərin sayına görə twitterdə ilk iki yeri pop ulduzları bölüşdürürlər.

Trampın twitterə olan simpatiyasına və onu sürəkli reklam etməsinə baxmayaraq, Azərbaycan kimi bir çox ölkələrdə əhalinin daha çox tərcih etdiyi sosial şəbəkə facebookdur. Buna səbəb facebookun verdiyi imkanların çoxluğudur. Xüsusən də demokratiyaya ac cəmiyyətlərdə facebookda olduğu kimi müzakirələr, canlı yayın imkanları, genişhəcmli videoların yayılması ələdüşməz fürsətdir. Burada artıq siyasətçilər, ekspertlər gündəmdəki geniş, heç bir həcm limiti olmayan  açıqlamalarını media nümayəndələri, tərəfdarları arasında paylaşmaq imkanı qazanır. Siyasi aksiyalar, toplantılar canlı yayımlanır, bəyanatlar anında paylaşılır. Bu isə Azərbaycan kimi ölkələrdə siyasətçilər, onların tərəfdarları, ictimai fikri təqib edənlər üçün ciddi fürsət sayılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb. Bəs hansı ərazilərdə yerləşən sənədsiz evlər söküləcək?

Ekspertdən Xəzər dənizi ilə bağlı SOS

“Xəzər dənizində süni torpaq sahələrinin yaradılaraq icarəyə və istifadəyə verilməsinə dair yeni qanun layihəsinin tərəfdarı deyiləm. Çünki bu, Xəzər dənizinin sahil xəttinin zəbt edilməsinə dair ciddi risklər yaradacaq”.