banner
banner

Mədənİyyət

Yusif Eyvazov Parisdə ilk dəfə solo konsert verəcək

| Xəbər 1091 dəfə oxunub
Yusif Eyvazov Parisdə ilk dəfə solo konsert verəcək

Parisdə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcəyimə görə həyəcanlıyam, amma inanıram ki, konsert uğurlu keçəcək və musiqisevərlərin ürəyincə olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov mətbuat konfransında deyib.

Mətbuat konfransında Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev azərbaycanlı tenor haqqında məlumat verib.

Jurnalistlər Yusif Eyvazova Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı suallar ünvanlayıb.

Azərbaycanın qədim musiqi ənənəsi olduğunu vurğulayan Y.Eyvazov ölkəmizin qədim musiqi mədəniyyəti və müasir bəstəkarlıq məktəbi haqqında geniş məlumat verib. Dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, eləcə də tanınmış opera ifaçıları Bülbül, Lütfiyar İmanovdan danışıb və onların musiqi mədəniyyəti tariximizdəki rolunu qeyd edib. Bildirib ki, ölkəmizdə klassik musiqi sahəsində olduğu kimi, opera sahəsində də tarixi ənənələr qorunur.

Eyni zamanda, ölkəmizdə mədəniyyət nümayəndələrinə, xüsusilə də musiqi ifaçılarına xüsusi qayğı göstərildiyini bildirərək, Heydər Əliyev Fondunun bu sahədə fəaliyyətindən söz açıb. Qeyd edib ki, Fond digər humanitar sahələrlə bərabər, gənc musiqiçilərə, xüsusilə də onların xaricdə təhsil almasına, festivallarda iştirakına dəstək verir.

Azərbaycanlı tenor dünyanın müxtəlif ölkələrində nəzərdə tutulan konsertləri, beynəlxalq musiqi turları haqqında məlumat verib.

Jurnalistlər mətbuat konfransının təşkilinə və dünya şöhrətli tenorla birbaşa ünsiyyət yaratdığına görə Fransadakı səfirliyimizə təşəkkür ediblər.

Qeyd edək ki, fevralın 7-də Yusif Eyvazovun Paris Operasının Qavo (Gaveau) konsert zalında solo konserti olacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi