banner
banner

Mədənİyyət

“Bu dünyanın fidanları” kitabının təqdimatı olub

| Xəbər 1178 dəfə oxunub
“Bu dünyanın fidanları” kitabının təqdimatı olub

Bakıdakı Atatürk Mərkəzində “Bu dünyanın fidanları. Дети – сияние планеты” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasının yazıçı-publisist, şair Sevinc Basqallı ilə birgə həyata keçirdiyi layihə əsasında işıq üzü görüb.

Təqdimat mərasimində Yasamal rayon MKS-nin direktoru, layihənin rəhbəri və ideya müəllifi Lətifə Məmmədova çıxış edərək layihə barədə məlumat verib.

Kitabın müəllifi Sevinc Basqallı uşaqların maraq dünyasından, onların tərbiyəsində, vətəndaş kimi yetişməsində mütaliənin əhəmiyyətindən danışıb. Bildirib ki, ibtidai və orta sinif şagirdləri üçün hazırlanmış kitab Azərbaycan və rus dillərindədir. Kitabda uşaqlar üçün maraqlı olan şeir və hekayələr toplanıb.

Tədbirdə çıxış edənlər kitab haqqında fikirlərini bölüşüb və müəllifə yaradıcılıq uğurları arzulayıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi