banner
banner

Sİyasət

Patriarx Kirill Bakıya niyə gəlmişdi?

| Xəbər 3805 dəfə oxunub
Patriarx Kirill Bakıya niyə gəlmişdi?

“Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər”. Bunu Bakıda Azərbaycan prezidenti  İlham Əliyev ilə görüşü zamanı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill deyib.

Patriarx Azərbaycana səfərin onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisə olduğunu dilə gətirib: “Azərbaycana səfər mənim üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir. Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşağında yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk”. (Report) Kirill Azərbaycanda yaşayan pravoslavların heç bir narahatlıq hiss etmədiklərini bildirib: “Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr ilə görüşəndə o, bu münasibətləri çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır və həqiqətən belədir. Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri maraq doğurub. Xüsusilə də bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Rusiyaya səfər etməsi, Moskvada prezident Valdimir Putinlə görüşərək onunla bir sıra məsələlərdən danışması, həmçinin Moskvada azərbaycanlılar üçün məscidin tikilməsi məsələsini qaldırmasının ardınca Kirillin Bakıya gəlməsi diqqət çəkir. Onu da qeyd edək ki, Kirillin Azərbaycana gəldiyi günlərdə Şeyx həzrətləri Misirdə səfərdə olub. Qeyd edək ki, Kirill bir neçə dəfə Qarabağda sülhün əldə olunması istiqamətində də təşəbbüslərlə çıxış edib, amma erməni tərəfi vədinə əməl etməyib. Hətta əsir və girovların azadlığı ilə bağlı çağırışların da faydası olmayıb, nəinki işğala son qoyulmasının.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında Patriarxın səfərini müsbət qiymətləndi. Qeyd etdi ki, Kirill Rus Pravoslav Kilsəsinin fəaliyyəti ilə əlaqədar tədbirlərə qatılıb və ölkə prezidentinin qəbul etməsi normaldır: “Çünki Kirill Rusiyada kifayət qədər nüfuz sahibi olan din xadimidir. Rusiya siyasətində də əslində din siyasətdən aydın olsa da, Pravoslav kilsəsinin ölkə siyasətində kifayət qədər əhəmiyyətli rolu var. Rusiya da böyük dövlətdir, orada kifayət qədər həmyerlilərimiz yaşayır və böyük bir müsəlman icması var. Kirillin onlarla da münasibəti yaxşıdır və orada balans saxlaya bilir”. F.Mustafa əlavə etdi ki, Kirill Qarabağ məsələsi ilə bağlı hər hansı şəkildə tərəf ifadə edən fəaliyyət göstərmir: “Bu baxımdan onunla münasibətlərin normal olması Azərbaycanın maraqlarına uyğundur. Odur ki, dövlət başçısı də hörmətlə qəbul etdi, danışıqlar apardı”.

Deputat qeyd etdi ki, vaxtilə Kirill Qarabağ münaqişəsini dinlərarası məsələ kimi təqdim olunmasının qarşısı aldı:“Hesab edirəm ki, bu, müsbət bir haldır. Çünki bu məsələnin daha çox Ermənistanla savaşımız kimi görünməsi əslində bizim də marağımıza uyğundur. Əks halda, Ermənistan daha çox müttəfiq əldə edə bilir. Kirillin də bu yanaşması bizim üçün qaneedicidir. Yəni bunlar xristian faktorundan daha çox işğalçı, vəhşi, soyqırım törətməyə meylli olan bir xalqın davranışlarından başqa bir şey deyil və daha çox bunun qurbanı olmuşuq. Ona görə də bəlkə qapalı formada başqa cürdür, amma burada açıq-aşkar xristian təəssübkeşliyini ortaya qoymur, bu da bizim üçün qaneedicidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi