banner
banner

Sİyasət

Prezident Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarını ləğv etdi

Prezident Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarını ləğv etdi

Prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə AzərTAc məlumat yayıb.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır.

Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir.

Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tuturdu.

Nazirlər Kabinetinin (NK) “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” yeni qərarı ölkə ictimaiyyətində birmənalı qarşılanmamışdı. İnsanlar bildirirlər ki, meşədən yığılan meyvəyə, bitkiyə görə cərimələrin tətbiqi absurddur. Xüsusən dağ rayonlarında yaşayan minlərlə insan bundan dolanışıq kimi istifadə edir.

Məlumat üçün bildirək ki,  NK-nın artıq ləğv olunan qərarında Azərbaycanda qadağan edilmiş ərazilərdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə - yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s) üçün 1, peyvənd meyvələr (alma, armud, zoğal, alça və s) - 2, itburnu - 2, çaytikanı - 3, digər dərman bitkiləri - 2, şabalıd - 2, fındıq -2, qoz - 3, fıstıq toxumu -1,5, palıd - 1, cökənin yığılmasına görə -1,5 manat cərimə nəzərdə tutulurdu.

Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki,  ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Azərbaycanın 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb:

“Görülən tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ermənistan Rusiyanı "satqınlıq"da ittiham edir

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli İctimi Televiziyanın efirindəki çıxışında Rusiyanın Ermənistanı müharibəyə cəlb eləməyə çalışdığını və bunda məqsədinin "sonradan "xilas edib" erməni xalqının və dövlətçiliyinin boynuna ilgək keçirmək" olduğunu deyib. Simonyan deyib: "Bizi müdafiə eləmək zamanı gələndə Rusiya bizi müdafiə etmədi". Simonyan gileylənib: "Bəli, mən bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən böhranlı məqamda bizi tərk elədi və bu, faktdır".

Bu, Bakıya olan hörmət və etimadı göstərir - Hacıyev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir.

Ərdoğan Putinə zəng edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb və "Krokus City Hall"da terror aktı və insanların ölümü ilə bağlı başsağlığı verib.