banner
banner

Sİyasət

Fransa prezidentinin ermənipərəst mövqeyi sərt etirazlar doğurdu

Fransa prezidentinin ermənipərəst mövqeyi sərt etirazlar doğurdu

Fransa dövləti növbəti dəfə Türkiyə əleyhinə addım atmaq niyyətindədir. Belə ki, Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü erməni soyqırımını anma günü kimi rəsmiləşdirmək niyyətindədir.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Makron bununla bağlı qərarını 5 fevralda, qatıldığı erməni təşkilatlarının koordinasiya şurasının iclasında açıqlayıb. O, Fransanın Osmanlı imperiyasında ermənilərin guya kütləvi surətdə qətlə yetirildiyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Makron, üstəlik, qondarma soyqırım haqqında qanunun 2001-ci ildə “uzun mübarizə və döyüşlərdən” sonra qəbul edildiyini söyləyib.

24 apreli qondarma “erməni soyqırımı” günü elan etmək barədə vədini Fransanın hazırkı dövlət başçısı hələ seçkiqabağı kampaniya dövründə vermişdi. Əslində bu, gözlənilməz addım sayıla bilməz. Çünki hələ seçkiqabağı kampaniyası zamanı Makron ermənilərə sevgisini açıq mətnlə büruzə verirdi. Ötən ilin  oktyabrında İrəvanda keçirilən Beynəlxalq Frankofoniya həftəsində iştirak edən Makron işğalçı ölkə və onun xalq barədə gəlişigözəl sözlər söyləyərək faktiki olaraq həmsədr ölkənin rəhbəri olduğunu “unutmuşdu”.  “Ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir. Mən Frankofoniyanın 17-ci sammitində iştirak etmək üçün Ermənistanda olmağıma görə şadam. Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar, biz, demək olar ki, yarım həmyerlilərimizdir. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir”, - deyən Makronun Bakıya səfəri gözlənilsə də, sonradan qeyri-müəyyən səbəblərdən səfər reallaşmadı. İndi Makronun tarixdə olmayan hadisəyə görə ermənilərə yas saxlaması təkcə qardaş Türkiyəyə qarşı yox, elə Azərbaycana qarşı da xəyanətkar addım sayılır. Çünki Türkiyəyə qarşı qəbul edilən qərar həm də Azərbaycan əleyhinə yönəlmiş sayılmalıdır, yaxud əksinə. Bunu hər iki qardaş ölkənin liderləri dəfələrlə bəyan ediblər.

Xatırlatmaq yerinə düşər ki, Fransanın eks-prezidenti Fransua Olland da vaxtilə Ermənistanı Fransanın “kiçik bacısı” adlandırmışdı. Lakin görünür, ermənipərəstliyinə görə Makron bütün sələflərini ötüb keçməyə çalışır. 

Düzdür, Fransa Avropada ermənilərin ən çox yaşadığı (beş yüz min vətəndaş-red.) ölkə sayılır. Sözsüz ki, bu qərarın qəbul olunmasında erməni amili mühüm rol oynayıb. Xüsusilə də “sarı jiletlilər”in Makronun “gününü qara” etdiyi bir zamanda Fransa prezidentinin ermənilərə jest etməsi, heç şübhəsiz, erməni elektoratın ələ alınmasına hesablanıb. Amma əvəzində Makron Türkiyə kimi nəhəngi özündən narazı salır, eyni zamanda Azərbaycanı.

Vaxtilə Fransada “erməni soyqırımı”nı inkara görə cəza qərarı veriləndə də Türkiyə Fransa mallarına qarşı sanksiya tətbiq etmiş, eyni zamanda bir sıra digər addımlar atmışdı.

Rəsmi Ankaranın bu qərara cavabı, gözlənildiyi kimi, kifayət qədər sərt olub. Türkiyə hökuməti Fransa prezidenti Emmanuel Makronun 24 aprel tarixini qondarma erməni soyqırımının anım günü kimi qeyd etmək qərarını kəskin şəkildə tənqid edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın danışıb.

“Makronun ”erməni soyqırımı"nın anım günü ilə bağlı elan xarakterli açıqlamasını şiddətli qınayırıq. Qondarma erməni soyqırımı iddiaları heç bir hüquqi təməli olmayan, tarixi həqiqətlərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə həqiqətlərin işıqlandırılması üçün Ortaq Tarix Komissiyası yaradılması çağırışından qaçanlar tarixi hadisələri manipulyasiya etməyə çalışırlar"- deyə, Qalın bildirib.

Hamit Karadeniz ile ilgili görsel sonucu

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz isə “Yeni Müsavat”ın sorğusuna cavabında dedi ki, Türkiyənin münasibəti və mövqeyi çox açıq və qətidir: “Bu məsələyə Türkiyənin münasibəti və mövqeyi çox açıq və qətidir. Hörmətli cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan hər zaman bu məsələnin siyasi məqsədlərə xidmət etdiyini bildirib. Prezidentimiz arxivlərin açılmasını və bu məsələnin tarixçilərin ixtiyarına buraxılmasını zəruri sayıb, dünya ictimaiyyəti buna şahiddir. Fransa prezidentinin bu şəkildə açıqlaması həqiqəti dəyişdirməz, yalan və iftiralarla nəticə əldə edə bilməzlər. Günəş palçıqla suvanmaz. Yeri və zamanı gələndə yetkililərimiz gərəkli cavabı verirlər. Bu kimi xəbərlər artıq ciddiyyətini və özəlliyini itirib”.

Saxta soyqırımı iddialarına görə, guya 1915-ci il aprelin 24-dən başlayaraq 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Bu iddiaları indiyədək onlarla ölkə (Fransa, İtaliya, İsveç, İsveçrə, Avstriya, Niderland, Belçika, Yunanıstan, Kipr, Danimarka, Polşa, Çexiya, Slovakiya, Vatikan, Litva, Rusiya, Kanada, Uruqvay, Braziliya, Argentina, Çili, Venesuela, və s.), ABŞ-ın 42 ştatı, Avropa Parlamenti rəsmən tanıyıb.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Türkiyədə çalışan ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında Fransanın ermənipərəst mövqeyindən təəccüblənmədiyini vurğuladı: “Tarixə nəzər salsaq, Osmanlı imperiyası zamanında da bu ölkədə yaşayan ermənilərin ən böyük himayəçisi Fransa olub. Fransa Birinci Dünya müharibəsində erməni könüllülərdən ibarət legion da qurub və onlara Kilikiya (indiki Çuxurova) bölgəsində bir dövlət qurma vədi verib. Amma böyük öndər Atatürkün başlatdığı Milli Mücadilə sayəsində bu plan baş tutmayıb. İndinin özündə də ermənilər Fransanın onların arxasından qaçdığını, vədinə xilaf çıxdığını iddia etməkdədir. 1915-ci il təhcir (Osmanlı imperiyasında baş vermiş təhcir olayında erməni təbəələrinin dövlətə qarşı xəyanətkar siyasəti gizlənirdi-red.) olayından sonra əsasən indiki Suriya ərazisində yerləşdirilən ermənilərin çoxu fransızlarla birlikdə Fransaya köçüblər və dünyada indi ən güclü erməni diaspor təşkilatları da bu ölkədədir”.

Q.Çaxmaqlı dedi ki, Fransanı idarə etməyə iddialı olan hər bir siyasətçi ermənilərin bu gücü ilə hesablaşmaq məcburiyyətindədir: “Makron da seçkiqabağı platformalarını elan edərkən saxta ”erməni soyqırımı" ilə bağlı əməli işlər görəcəyini vəd etmişdi. İndi həmin vədinə əməl edir. Ermənilər bu fürsəti əldən qaçırmırlar, məsələnin mahiyyəti budur". Politoloq qeyd etdi ki, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olaraq açıq şəkildə ermənilərə dəstək verməsi də yeni deyil: “Dağlıq Qarabağ münaqişəsində Fransa tərəf olduğunu, özü də Ermənistanın tərəfində çıxış etdiyini növbəti dəfəm sübuta yetirdi. Bunu biz çoxdan bilirik. Amma onun həmsədrliyindən imtina edə bilmirik. Belə bir ölkənin həmsədr, arbitrliyi bizə yaxşı heç nə vəd etmir. Bunu yaxşı bilirik. Bu xəbər yayılanda erməni mətbuatına baxdım. Yazırlar ki, ”Fransa, nəhayət, keçən əsrin əvvəllərində ermənilərlə bağlı etdiyi “xəyanəti” başa düşüb və indi onu düzəldir. Ermənilər hədəfləməkdədirlər ki, başqa Avropa ölkələrində də fransızların gedişini təkrarlasınlar. 20 ölkə və daha artığında qondarma “soyqırım”ın tanıdılması taktikası sanki dəyişməkdədir. İndi ayrı- ayrı ölkələr rəsmən bu günü, yəni 24 apreli anım günü keçirsə, daha effektli sanırlar".

Q.Çaxmaqlı hesab edir ki, Azərbaycan və Türkiyə bu məsələdə birgə addımlar atmalıdır: “İndi Türkiyə Fransanın Minsk Qrupundakı həmsədrliyinin ləğv edilməsinə çalışmalıdır. Əsas da bu ola bilər ki, Fransa artıq tərəf olduğunu isbatlayıb. Xatırlayırsınızsa, rəhmətlik Heydər Əliyevin vaxtında bu məsələ bir dəfə gündəmə gəlmişdi. Səhv etmirəmsə, 2001-ci ildə. Onda Fransa qondarma ”erməni soyqırımı"nı qəbul etmişdi. Fransanın yerinə Almaniyanın həmsədr olması məsələsi gündəmə gəlmişdi. O vaxt Almaniya da buna can atmaqda idi. İndi xarici siyasətlə rəsmən məşğul olanlarımız bu cəhətlərə diqqət etməli, Türkiyə ilə birgə addımları daha sərt şəkildə atmalıdırlar".

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənə bilmədik. Amma yəqin ki, məsələ araşdırılandan sonra adekvat münasibət bildiriləcək. Çünki söhbət “Bir millət, iki dövlət”in maraqlarından gedir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirib. Həmin ərazilərin Azərbaycanın ən gözəl yerlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.

Azərbaycan XİN təcili BƏYANAT YAYDI

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

Hökumət Milli Məclisdə toplanacaq

Milli Məclisin yaz sessiyasında hökumətin növbəti dəfə Milli Məclisin iclasına toplaşacağı gözlənilir. Bu, ötən ilin dövlət büdcəsinin icrası ilə əlaqədar təqdim olunan hesabatla bağlıdır.