banner
banner

Mədənİyyət

Musiqili Teatr həftəsonu dəvət edir...

| Xəbər 1196 dəfə oxunub
Musiqili Teatr həftəsonu dəvət edir...

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 8-də “Qızıl toy”, 9-da “Mən dəyərəm min cavana”, 10-da isə “999-cu gecə” tamaşaları izləniləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Sənət ocağı balaca teatrsevərlərin görüşünə fevralın 9-da saat 12:00-da ana dilimizdə “Dəcəl çəpişlər”, rus dilində fevralın 8-də saat 13:00-da “Düyməcik” və fevralın 10-da saat 12:00-da təqdim olunacaq “Bir dayan, canavar!” musiqili əyləncəli nağıl tamaşaları ilə gələcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Əzizağa Əzizov, Boris Qrafkin, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar - Məhərrəm Qurbanov, Elxan İsmayılov, Nadir Xasıyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov və digərləri çıxış edəcək.

Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir. Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi