banner
banner

Mədənİyyət

Teatrsevərlər “Sonuncu”ya yenidən baxa biləcək

Teatrsevərlər “Sonuncu”ya yenidən baxa biləcək

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı heyəti yazıçı Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış sənət ocağının yeni tamaşalarından olan “Sonuncu” ilə fevralın 9-da növbəti dəfə teatrsevərlərin görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana - Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər