banner
banner

Dünya

KTMT İrəvandan cavab gözləyir - general Zasdan Paşinyana xəbərdarlıq

| Xəbər 1149 dəfə oxunub
KTMT İrəvandan cavab gözləyir - general Zasdan Paşinyana xəbərdarlıq

Ermənistan rəhbərliyi hələlik Belorus Respublikasının namizədinin görüşlərlə bağlı müraciətinə cavab vermədiyi üçün KTMT-nin baş katibi vəzifəsinə təsdiq prosesində irəliləyiş yoxdur.

Musavat.com-un məlumatına görə, bu xəbəri erməni mənbələri Belorusun namizədi Stanislav Zasa istinadən yayıblar. S.Zas deyib ki, prosesdə irəliləyiş əldə etmək mümkün olmayıb. Səbəbini açıqlayan belorulu generalın sözlərinə görə, hələ ki, Ermənistan baş naziri ilə görüşü baş tutmayıb.

“Mən uyğun bir zamanda erməni tərəfi ilə görüş üçün müraciət etmişəm, lakin hələlik cavab almamışam. Bütün digər KTMT üzvü olan ölkələr Belorusun namizədinə razılıqlarını bildiriblər”-general deyib.

“Mümkündürmü ki, KTMT baş katibliyi ilə bağlı qərar Ermənistanın razılığı olmadan verilsin”, sualına cavabında S.Zas bildirib ki, qurumun nizamnaməsində məhdud tərkiblə qərarvermə nəzərdə tutulur, ancaq bu, ən yaxşı variant deyil. Zas deyib ki, normal, fasiləsiz iş üçün belə qərarlar konsensusla qəbul olunmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi