banner
banner

Dünya

Matteo Salvini: İtaliya Fransa ilə mübahisə etmək istəmir

| Xəbər 1099 dəfə oxunub
Matteo Salvini: İtaliya Fransa ilə mübahisə etmək istəmir

Son günlər Fransa və İtaliya arasında münasibətlər gərginləşib. Buna əsas səbəb isə İtaliyanın hökumət ortağı, populist “5 ulduz” partiyasının nümayəndələrinin verdyi bəyanatlardır. 

Xüsusilə baş nazirin müavini Luici di Vayonun Fransadakı “Sarı jiletlilər” hərəkatına açıq dəstək verməsi rəsmi Parisin qəzəbinə səbəb olub. Fransa hətta İtaliyadakı səfirini geri çağırıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, hökumətin digər ortağı, sağ radikal “Şimal liqası” partiyasının nümayəndəsi baş nazirin müavini və daxili işlər naziri Matteo Salvini İtaliyanın Fransa ilə mübahisə etmək istəmədiyini bildirib. Italiya rəsmisi Emmanuel Makronla görüşməyə şad olacaqlarını sözlərinə əlavə edib.

Fransanın səfiri geri çağırmaq haqqında qərarına toxunan M.Salvini Parislə münasibətlərin yenidən inkişaf etdirilməsinə tərəfdar olduqlarını söyləyib. Onun fikrincə, Fransa bir sıra fundamental problemləri həll etməlidir.

İtaliya baş nazirinin müavininin sözlərinə görə, Fransa polisi gələn miqrantları İtaliyaya geri qaytarmaqdan vaz keçməli və sərhəddə uzun yoxlamalara başlamalıdır. Bundan əlavə, Paris Fransada sığınacaq tapan 15 radikal solçunu İtaliyaya təhvil verməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi