banner
banner

Dünya

Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

| Xəbər 3899 dəfə oxunub
Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında dağ-mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Folha de S.Paulo" qəzeti bildirib.

Minas-Jerays ştatının Mülki Müdafiəsinə istinadən yayılan məlumatda bildirilir ki, ölənlərdən 134-nün şəxsiyyəti müəyyənləşdirilib. Son məlumatlara görə, hadisə zamanı daha 182 nəfər itkin düşüb.

Dağ-mədən şirkətinə məxsus bənd Brumadinyu ştatında, yanvarın 25-də dağılıb.

Bundan əvvəl isə bildirilirdi ki, Minas-Jerays ştatında bəndin dağılması nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi