banner
banner

Sağlamlıq

Demensiyaya qədər ölmək arzusu - gecəyarısına 5 dəqiqə qalmış

| Xəbər 9191 dəfə oxunub
Demensiyaya qədər ölmək arzusu - gecəyarısına 5 dəqiqə qalmış

Hollandiyada demensiya xəstələrinin evtanaziya olunmaq istəyi nadir hal deyil, lakin xəstəliyin son mərhələlərində onlar eftanaziya olunmağa razılıqlarını təsdiqləmək imkanında olmaya bilərlər - belə hal ilə bağlı həkimlərdən biri hazırda məhkəmə perspektivilə üzləşib.

Lakin evtanaziya xahişinin rədd ediləcəyi qorxusu bəzilərini vaxtından əvvəl eftanaziya olunmaq xahişilə müraciət etməyə məcbur edir.

Annie Zwijnenberg-in bu məsələdə şübhəsi heç vaxt olmayıb.

"Həkim dedi ki, şübhə yeri yoxdur, diaqnoz Alzheimer xəstəliyidir", Anneke Soute-Zwijnenberg anasına ilk dəfə diaqnoz qoyulması anını yada salır.

Anneke-nin qardaşı sohbətə qarışır: "O, bir neçə saniyə tərəddüd edib dedi ki, nə edəcəyini bilir".

Hər ikisi bilirdi ki, anası evtanaziyanı nəzərdə tutur.

Frank və Anneke (soldan 2-ci və 3-cüt) analarının evtanaziya olunduğu vaxtFrank və Anneke (soldan 2-ci və 3-cüt) analarının evtanaziya olunduğu vaxt

Annie-nin əhvalatı hollandiyalı rejissor Gerald van Bronkhorst-un "Çox gec olacağına qədər" adlı sənədli filmdə göstərilib.

Sənədli filmdə qadının ona Alzheimer xəstəliyi diaqnozu qoyulması anından 81 yaşına - evtanaziya olunmasına qədər olan həyat yolu göstərilib.

Filmdə üç övladını təkbaşına boya-başa gətirmiş, dağa dırmaşmağı sevən və güclü dini inancı olan bir xanımın demensiya tərəfindən "məğlub edilməsi" göstərilir.

Evtanaziya və qanun

  • Evtanaziya şəxsin həyatına onu əzabdan qurtarmaq üçün son qoymaq aktıdır - faktiki olaraq, söhbət fərdə intiharı yerinə yetirməyə kömək etməkdən gedir.
  • Hər iki hal Britaniyada qeyri-qanunidir.
  • Evtanaziyaya Belçika, Kanada, Kolumbiya, Lüksemburq və Hollandiyada qanunla icazə verilir, intihara komək etmək isə İsveçrədə və bir neçə ABŞ ştatında icazəlidir.

Annie istəyib ki, insanların onun qərarını başa düşməsi üçün həyatının gündəlik kameraya çəkilməsinə icazə verib.

Onun evtanaziya prosesini həyata keçirmək üçün iki həkim gəlir, filmdə göstərildiyi kimi, Annie isə divanda üç övladının əhatəsində rahat oturub həkimlərlə zarafatlaşır, ötən axşam restorana ailəlikcə gedib yemək yediklərini yada salırlar.

Annie Zwijnenberg

"Biz 3-4 ulduzlu restorana getdik, əla yemək yedik, danışıb-güldük", - oğlu Frank sonradan xatirələrilə bölüşür, - "Lakin sonra evə qayıtdıq. Gecə gözümüzə yuxu getmirdi".

Anneke isə anasının həmin gecə yazdığı məktubdan danışır. "Məktubunda o, uşaqlarını tanrıya tapşırırdı".

"O, oradan geri məktub yazmağın mümkünsüz olduğuna heyfslənirdi", Frank əlavə edir.

Filmdə göstərildiyi kimi, həkimlər Annie-dən təkrar-təkrar onun nə etdiyinin fərqində olduğunu soruşurlar.

"Əminsiniz ki, sizə verəcəyim dərmanı içmək istəyirsiniz?", - doktor soruşur, - "siz bilirsiniz ki, bundan sonra yuxulayacaqsınız və bir daha oyanmayacaqsınız?"

Dr Peter van Domburg və Annie Zwijnenberg"Əlinizi sıxa bilərəm? Sizə yaxşı yol"

Annie belə cavab verir. "Ötən gecə bu barədə bir daha əvvəldən axıradək düşündüm və bir daha təsdiqləyirəm ki, bu, mənim istəyimdir".

O, tərəddüd etmədən ödürücü məhlulu qəbul edib içir və yalnız dərmanın acı olmasını qeyd edir.

Annie sonuncu dəfə yuxuya gedərkən ailə üzvləri onu qucaqlayır.

"O, getdikcə daha dərin yuxuya gedirdi", Anneke əlavə edir.

İki saat keçdikdən sonra Annie hələ də yatırdı və sonra xoruldamağa başladı.

Ailə dərmanın təsir eməyə başlamasını gözləyirAilə dərmanın təsir eməyə başlamasını gözləyir

Annie-nin oyana bilməsindən narahat olan həkimlər nəhayət ona öldürücü inyeksiya etdilər.

"20 saniyə keçdikdən sonra o öldü", Frank deyir.

Frank və Anneke deyirlər ki, analarının qəbul etdiyi qərarları, hətta bəzən fikirləri üst-üstə düşməsə də, həmişə dəstəkləyiblər.

"Anamızın evtanaziya olunub öldüyünü görmək ağırdır, lakin bu, bizim qərarımız olmayıb. Bu, onun öz qərarı idi", Anneke deyir.

"O, deyərdi ki, demensiya ilə yaşamaq qərarını qəbul etmək, evtanaziyadan ölmək qərarı qədər hünər tələb edir".

Frank əlavə edir: "Yaxşı bir dostum deyirdi ki, "sən, bir oğul kimi, ananı dayandırmalısan".

"Mən dedim ki, yox, mən onu dəstəkləyirəm. Dostumun anası [mənə] dedi ki, 'sən ananı öldürürsən, buna yol versən, onu qətlə yetirmiş olacaqsan...", bunu eşitmək çətindir.

Hollandiyada ailə-dost arasında belə söhbətlər nadir hal deyil və bu ölkədə 1970-ci illərdən beri gedən geniş debatları əks etdirir.

1970-ci illərdə Hollandiyada həkimlər ilk dəfə olaraq açıq şəkildə "mərhəmət məqsədilə ölüm" əməliyyatlarını keçirməyə başladılar.

Hollandiyada evtanaziya 2002-ci ildə qanuniləşdirilsə də, bu məsələ ətrafında debatlar hələ də kəsilməyib.

Evtanaziyanı seçənlərin sayı tədricən artır, xüsusilə də, son 10 il ərzində.

2002-ci ildə Hollandiya rəsmiləri 1882 belə halın olduğunu bildirmişdilərsə, 15 ildən sonra belə halların sayı 6585-ə çatıb.

Evtanaziya haqqında qanuna riayət etmək üçün xəstə həkimini inandırmalıdır ki, qərarını tamamilə sərbəst olaraq qəbul edib.

Xəstə "həyatının dözülməz iztiraba" döndüyünü və ya dönəcəyini sübut etməlidir.

 

Bundan sonra daha bir müstəqil həkimin bu məsələyə dair rəyi alınmalıdır.

Hollandiyada xəstənin ilk dəfə evtanaziya olunması 2004-cü ilə təsadüf edir.

Lakin evtanaziya haqqında qərarlar az qala həmişə xəstəliyin erkən məhələlərində qəbul edilir, çünki xəstəliyin son mərhələlərində xəstənin nə etdiyini anladığına həkimi inandırmaq çətindir.

2017-ci ildə 166 şəxs xəstəliklərinin erkən mərhələsində, üç nəfərsə demensiyanın son mərhələsində evtanaziya olunub.

Buna baxmayaraq, tibbi etika mütəxəssisi Berna van Baarsen hesab edir ki, gələcəkdə belə halların sayı daha çox olacaq.

O, Hollandiyanın regionlarından birində evtanaziya hallarını araşdıran komitənin üzvü olub, lakin sonradan bəzi çətin hallarda qərarların asanlıqla qəbul olunmasına etiraz edərək həmin komitədən istefa verib.

O qeyd edir ki, insanın fikri dəyişkəndir. "İnsanlar həmişə bir müqaviməti davam etdirmək üçün yol tapırlar", o vurğulayıb.

Odur ki, Berna van Baarsen hesab edir ki, həkim kiməsə ölməyə kömək etməzdən əvvəl həmişə ölümün həmin xəstənin öz istəyi olub-olmadığını yoxlamalıdır.

Demensiyanın son mərhələlərində isə bu, heç də həmişə mümkün olmur.

"Siz xəstə ilə söhbət edə bilmirsinizsə, onun nə istədiyini bilə bilməzsiniz", o deyir.

Lakin Berna van Baarsen kəfgirin, demensiyanın son mərhələlərinə doğru hərəkət etdiyini deməkdə haqlıdırsa, onda bu yaxınlarda baş vermiş bir hadisə həmin kəfgiri yenidən geriyə ata bilər.

"Bu iş 74 yaşlı bir qadının başına gəlib. O, evtanaziya haqqında deklarasiyaya imza atıb, lakin qeyd də əlavə edib ki, evtanziya o, yalnız buna hazır olarsa, keçirilməlidir. Sonradan isə qadın bildirirb ki, evtanaziya yolu ilə ölmək istəmir.

Qocalar evində işləyən həkim onun qəhvəsinə uyuşdurucu atır ki, həmin qadını evtanaziya etsin.

Lakin həkim ona öldürücü inyeksiya edəndə, qadın ayılır.

Evtanaziyanı başa çatdırmaq üçün qohumları qadını sakitləşdirməli olurlar, amma bunun necə edilməsi suallar doğurur.

Daha geniş məlumat

Əllər

Hər bir evtanaziya işini nəzərdən keçirən Hollandiya yoxlama komitəsinin əlaqələndirici sədri Jacob Kohnstamm deyir ki, həkimin cızığı keçdiyi aydındır.

"Komissiya bildirib ki, deklarasiya kifayət qədər yaxşı yazılmayıb və həkim xəstə ayılan anda proseduru dayandırmalı idi", o deyir.

Komitənin rəyinə görə, həkim bu məsələyə tələb olunan qayğı ilə yanaşmayıb və onun işi prokurorluğa verilib.

Bu iş məhkəməyə çıxarılanda, diqqətlə izləniləcək, çünki demensiya xəstələrinə evtanaziyanın nə vaxt və hansı hallarda tətbiq oluna biləcəyini aydaınlaşdırmağa kömək edə bilər.

Lakin bir çox həkim bunu alqışlasa da, demensiya xəstələrini evtanaziya etməyə hazır olan həkimlər üçün belə perspektiv narahatedicidir.

Belələrindən biri də Constance de Vries-dır - Annie Zwijnenberg-in həkimi.

O, istəklərini çətinliklə ifadə edən xəstələrin ölmək arzusunu, əgər həmin arzu aydın bəyan edilirsə, yerinə yetirməyə hazırdır.

Constance de VriesConstance de Vries: "Addımlarımı çox ehtiyatla atmalıyam".

O deyir ki, xəstə və onun ailəsi ilə uzun müddətli münasibətlər qurmaq bu məsələ də çox vacibdir.

Constance de Vries mənə belə bir hadisəni danışıb.

"Bir qadın özünü çox piss hiss edirdi; o ağlayırdı, qışqırırdı, yemək yemirdi, yatmırdı, başqa insanlara qarşı aqressiv davranırdı. Ona baxanda, özünü bədbəxt hiss etdiyini görmək olardı. Və həmişə deyərdi ki, "nəvələrimi tanımasam, ölmək istəyərdim".

Və onun nəvələrini tanımadığı gün gəlib çatdı. Constance de Vries həmin qadını ailəsinin köməyilə evtanaziya etdi.

"Mən ona meyvə şirəsi verib dedim: "Bunu içəndən sonra həmişəlik yatacaqsınız.

O, qızına baxdı, qızı da ona dedi ki, "bu OK-dir, ana". Qadın şirəni içdi. Mən bilmirəm, o, bunu axıra qədər başa düşürdü, ya yox, amma mən bilirəm ki, düz etmişəm. O, elə bədbəxt görünürdü ki".

Mən Constance de Vries-dən soruşdum ki, ilk dəfə həkimin evtanaziya əməliyyatına görə mühakimə olunacağı onu narahat edirmi?

"Bəli, bu məni narahat edir", - o deyir, - "Mən məhkəməsonrası dövrdən bir az narahatam. Odur ki, nə etdiyimdən tamam əmin olandan sonra hərəkət etməliyəm".

Bəs bu işi dayandırmağı düşünürmü sualına isə həkim, qətiyyətlə "yox" cavabı verir.

Eyni zamanada o etiraf edir ki, bu məsələ demensiyanın son mərhələsində olan xəstələr üçün evtanaziya olunmağı çətinləşdirə bilər.

Və bu, evtanaziya qərarını demensiyanın erkən mərhələlərində qəbul etmək xəstələr üçün də gələcəkdə domino effekti kimi təsir göstərə bilər.

Odur ki, onların çoxu artıq indidən narahat olmağa başlayıblar ki, əgər daha çox gözləsələr, evtanaziya olunmaq istəkləri rədd oluna bilər.

Bu nigarançılıq hissi o qədər geniş yayılıb ki, evtanziya olunmaq arzusunun bildirlməsi vaxtı üçün simvolik kəlmə də düşünülüb - "gecəyarısına beş dəqiqə qalmış".

Milli.Az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi