banner
banner

İqtİsadİyyat

Dünyada son onillik ərzində bankların ən böyük birləşməsi ABŞ-da olacaq

Dünyada son onillik ərzində bankların ən böyük birləşməsi ABŞ-da olacaq

Amerikanın "BB&T Corp" maliyyə holdinq şirkəti "SunTrust Banks Inc" bankını almağa razılaşıb.

"Report" RBK-a istinadən xəbər verir ki, bu barədə hər iki şirkətin birgə bəyanatında bildirilib.

Agentliyin hesablamalarına görə, sazişin məbləği 28 milyard dollar təşkil edəcək. Bu, son onillik ərzində dünyada ən böyük bank birləşməsi olacaq.

Xəbərdə bildirilir ki, birləşmiş şirkətin səhmlərinin 57 faizi BB&T şirkətinin səhmdarlarına aid olacaq. "SunTrust" səhmdarları 1,295 səhmi alacaqlar.

Sazişin şərtlərinə görə birləşmədən sonra yeni adla yeni bank yaradılacaq. Onun qərargahı Şimal Karolina ştatında, Şarlotta şəhərində yerləşəcək. Bu, ABŞ-da "PNC Financial Services Group Inc"i sıxışdıraraq siyahıdan çıxaran 6-cı böyük bank olacaq.

Adı sonradan elan ediləcək birləşmiş bank 60 min əməkdaşa və təxminən 440 milyard dollarlıq aktivə malik olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Dollarla bağlı mühüm qərar - Manatı nə gözləyir?

ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.