banner
banner

Sİyasət

Növbədənkənar parlament seçkiləri iyunda ola bilər

| Xəbər 1292 dəfə oxunub
Növbədənkənar parlament seçkiləri iyunda ola bilər

Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçici siyahısının dəqiqləşdirilməsinə başlanıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu geniş miqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir. Qanunvericiliyə uyğun olaraq, vahid seçici siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar parlament seçkiləri ile ilgili görsel sonucu

Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçici siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Xəbərdə bildirilir ki, bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçici siyahısının Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Dekabrın sonuna hələ xeyli vaxt qaldığını nəzərə alsaq, seçici siyahılarının indidən hazırlanması növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə son zamanlar yayılan xəbərləri yada salır. Növbədənkənar parlament seçkilərinin bu ilin aprelində keçiriləcəyinin gözlənildiyi haqda mediada tez-tez xəbərlər, ehtimallar üzərində fikirlər yayılır. MSK-nın yuxarıdakı xəbərində isə seçici siyahılarının hazırlanması prosesinə ən geci may ayının sonuna qədər yekun vurulacağı bildirilir. Bu məqama diqqət çəkən siyasi ekspertlər hesab edir ki, seçici siyahılarının indidən tərtib olunması və prosesin ən geci may ayında yekunlaşmasının nəzərdə tutulması növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalının daha yüksək olduğunun söyləməyə əsas verir. Sadəcə olaraq, mümkündür ki, bu seçkilər iyun ayında-seçici siyahıları tərtib olunub yekunlaşdıqdan dərhal sonra  keçirilsin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi