banner
banner

Gündəm

Qənirə Paşayeva Tovuz kəndlərində şəhid ailələri və müharibə veteranları ilə görüşüb

| Xəbər 5482 dəfə oxunub
Qənirə Paşayeva Tovuz kəndlərində şəhid ailələri və müharibə veteranları ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb. Adıçəkilən kəndlərin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə millət vəkili Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı deyib. "Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır" deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz" deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi haqqında Fərmanı, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilməsi haqqında Fərmanı, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. “Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər” deyən millət vəkili Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən millət vəkili Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib. Şəhid ailələri cənab Prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildiriblər və cənab Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi, şəhid ailələrinə ayrılan Prezident təqaüdünün artırılması haqqında imzaladığı son fərmanlarından və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərdən çox böyük məmnuniyyət duyduqlarını qeyd ediblər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini, Qarabağ müharibəsi əlilini və veteranını ayrılıqda da dinləyib, onların qayğılarını dinləyib, onları maraqlandıran və narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və hər zaman yanınızdayıq deyib.

Millət vəkili Q.Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin Tovuz bölməsinin rəhbəri və üzvləri ilə görüşüb, geniş fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İB tərəfindən millət vəkili Q.Paşayevaya Milli Ordunun 100 illiyi şərəfinə təsis etdikləri xatirə medalı və Birliyin Fəxri üzvlüyü barədə vəsiqə təqdim edilib. Xatirə medalına və Fəxri üzvlük barədə vəsiqəyə görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva ona göstərilən etimadı bundan sonra doğrultmağa çalışacağını deyib və hər zaman Qarabağ müharibəsi əlilləri və veteranlarının yanındayıq deyib. Görüşdə təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi