banner
banner

Cəmİyyət

Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini həbs edildi

Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini həbs edildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

 

A.Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nizami rayonunun icra başçısı BU İŞÇİSİNDƏN XƏBƏRSİZDİR? - İTTİHAM VAR...

Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

İki əmlak oliqarxı Mətin Eynullayevə qarşı - İLGİNC İDDİALAR...

Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir. Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlaması ictimaiyyətdə böyük ümidlər yaradıb. Amma sözügedən qurumun bu işin öhdəsindən gələ biləcəyini düşünmək çətindir. Bir zamanlar bu sahədə Kərəm Həsənov kimi odioz oliqarxın tam hökmranlığı olduğu halda indi Mətn Eynullayevin eyni idarəçilik güçünə sahib olduğunu demək olmaz…