banner
banner

Təhsİl

İlahiyyat İnstitutunda ilk qış imtahan sessiyası yekunlaşıb

| Xəbər 990 dəfə oxunub
İlahiyyat İnstitutunda ilk qış imtahan sessiyası yekunlaşıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 7 yanvar 2019-cu il tarixdə başlayan 2018-2019-cu tədris ilinin payız semestrinin ilk qış imtahan sessiyası yekunlaşıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, 31 yanvar 2019-cu il tarixədək davam etmiş sessiya təsdiq olunmuş imtahan cədvəlinə uyğun surətdə yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilib.

Qeyd edək ki, 2018-2019-cu tədris ilinin payız imtahan sessiyası Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əmr imzalayıb.

 

Xatırladaq ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilib. İmtahanlar arasında 2 gündən az olmayan müddət təyin edilib, imtahana ayrılan zaman 2 saat müəyyənləşdirilib. Sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə yaradılmış Operativ Qərargaha daxil olan təklif və şikayətlər araşdırılıb, lazımi tədbirlər görülüb.

Məlumat olaraq bildirilir ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı üçün lazımi şərait yaradılıb. Bütün bunlarla yanaşı, institutun rəhbərliyi sessiya ərzində imtahan prosesini davamlı müşahidə edib, tələbələrin onlayn müraciətlərinə baxıb və müvafiq tapşırıqlar verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi