banner
banner

Cəmİyyət

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı - EKSKLÜZİV

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı

Məktəb direktorunu döyən "Drakon" ləqəbli aktyor Rza Rzayevə cinayət işi açılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, Rza Rzayevə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmadan sonra Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxsin əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

İş baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rzayevin direktoru döyməsinə dair məlumatlar və görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş vermişdi.

Bildirək ki, bir neçə ay əvvəl qohumunun işdən çıxarılmasına etiraz edən Rza Rzayev bu qərarını dəyişməsi üçün məktəbə gedərək direktor Tural Mirzəyev ilə mübahisə etmişdi.

Hadisə 220 nömrəli məktəb-liseydə baş vermişdi. Belə ki, təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib.

Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra özünü Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun yanına gələrək məsələni "həll eləməyə" çalışıb. Amma ortaya xoşagəlməz mənzərə çıxmışdı. "Drakon" məktəb direktorunun ünvanına nalayiq ifadələr səsləndirmişdi.

Bütün bu olanlar direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülənmişdi.

Bu qalmaqal məhkəmə müstəvisinə çıxmış və tərəflər bir-birindən şikayətçi olmuşdular.

Məhkəmə iclasında sonra tərəflər arasında yenidən mübahisə düşüb. Rza Rzayev məktəb direktorunu döyüb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

1 saylı psixiatriya xəstəxanası ilə bağlı ŞOK FAKTLAR... - dəlixanadan qaçan Nazim nələri danışıdı...

Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından yerli KİV-də çox yazılıb. Bu səhiyyə ocağı ilə bağlı neqativlər hər zaman nəinki xəstəxana rəhbərliyi tərəfindən, TƏBİB və səhiyyə nazirliyi tərəfindən belə təkzib olunub. Yəni yekunda mətbuat son söz kimi rəsmilərin dediklərini rəhbər tutmalı olub. Çünki qeyd olunan müəssisə qapalı olduğundan əlavə dəlil və sübutların toplanması mətbuatt üçün nəinki çətindir, hətta əksər hallarda imkansızdır.

Nazim Muradovun büdcə mənimsəməsi onu imkanlı şəxsə çevirib- FAKTLAR

Muradov Nazim Abusət oğlunun atası olduqca imkanlı şəxs olduğundan, səndemə o, öz savadına görə deyil, atasının "şot"una ali təhsil alır. Bu şəxs Masallı RİH-nin Güllütəpə ərazisi üzrə icra nümayəndəsi işlədiyi vaxtlarda, yüz hektarlarla paybəlli torpaq sahələrində qanunsuz evlərin və digər tikililərin salınmasına lazımi şərait yaradır. Daha sonra Nazim Muradov "qara yollar”la Masallı DSMF-nin rəis müavini vəzifəsinə sahib olmağı da bacarır.

"Mal-qarası olanları "fermer", arısı olanları isə "arıçı" kimi göstərirlər..." - Dövlət Məşğulluq Agentliyinə müraciət edən Şahbuz sakininə "sahibkar olduğu" deyildi...

Şahbuz rayonu, Gömür kənd sakini Mustafayev Aydın Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Məşğulluq Agentliyindən ona əsassız olaraq "6 ildir kiçik sahibkarlıqla məşğul olduğu" bildirilib.

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi - FOTO

Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb.