banner
banner

Gündəm

Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub.

Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. Keçən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana buraxılmayıb.

 

Üçüncü yerdə Azərbaycan gəlir. Hesabata əsasən yanvarda Türkiyənin 116, Türkmənistanın isə 72 vətəndaşı ölkəyə buraxılmayıb.

Qonşu ölkəyə girişlə bağlı qadağanın tətbiq olunduğu Rusiya vətəndaşlarının sayı 58, Ermənistan vətəndaşlarının sayı 50, Özbəkistan vətəndaşlarının sayı 44, Pakistan vətəndaşlarının sayı 28, Misir vətəndaşlarının sayı 16, İraq vətəndaşlarının sayı 15, Qırğızıstan vətəndaşlarının sayı 13, Qazaxıstan vətəndaşlarının sayı isə 11 nəfər təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Hurriyyet.az xəbər verir ki, sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Saakaşvili xalqı "birliyə və hücuma" çağırdı

Cia.az xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili "ölkədə birlik və hücum vaxtının gəldiyini" bəyan edib. O, sosial şəbəkədəki səhifəsində yazıb: "Birlik və hücum zamanıdır!" Aprelin 15-də Gürcüstan parlamenti hakim "Gürcü arzusu" partiyasının fraksiyasının təqdim elədiyi "Xarici təsirin şəffaflığı" barəsində qanun layihəsinin müzakirəsinə başlayıb.