banner
banner

Cəmİyyət

Aşıqlardan Kəramətə cavab: “O, şəxsiyyətsiz adamdır, qanı qarışıqdır ” - FOTOLAR

Aşıqlardan Kəramətə cavab:

Tez-tez verdiyi açıqlamalar, yazdığı statuslarla mübahisələr yaradan yazıçı Kəramət Böyükçöl yenidən gündəmdədir.

Belə ki, yazıçı bu dəfə sazı təhqir edərək, onu məntiqsiz musiqi aləti adlandırıb: “Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın. Kimsə saz istəyər, aşıq gələr, o da məcbur olub qulaq asar, o ayrı məsələdir. Amma tutaq ki, sizcə, sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldır. Məhəllidir. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir. Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nano texnologiyaların tibdə tətbiqini araşdırır. Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdur. Çünki beyinin gücü çatmır. Çünki saz cahillik alətidir, təxminən, meyxana kimi bir şeydir. Şəxsən saz mənə yumor təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm. Dərki bir az da dərin olan adamlar isə bu dınqıltının qarşısında heç gülə də bilmir. Sadəcə, donub qalır. Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdur ki, a kişi qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən?”

Kəramətin sözləri birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Yazıçı fikirlərinə görə tənqid edilib.

Musavat.com məsələ ilə bağlı aşıqların, söz adamlarının fikrini öyrənib.

edaletdelida]l_.jpg (65 KB)

Ustad aşıq Ədalət Dəlidağlı bildirib ki, yazıçını milli dəyərlərə dil uzatdığı üçün məhkəməyə vermək lazımdır: “O, şəxsiyyətsiz adamdır, bizim millətdən deyil, kimdirsə qanı qarışıqdır. Bu millətin qanından olsaydı, belə danışmazdı. Lənət olsun. Kəraməti məhkəməyə vermək lazımdır, milli dəyərlərimizə dil uzadıb. Bizim dərdimiz, sevincimiz sazla olub. Koroğlu düşmənin üstə sazla gedib. İndi o adamın belə danışması yersizdir”.

49a77291f9ec.jpg (31 KB)

Aşıq Toğrul Ayrımelli vurğulayıb ki, sazı təhqir edən bir kəs bizdən deyildir: “Sazı biz türklər neçə min illər milli musiqi alətimiz və totemimiz olaraq bu günə qədər qoruyub gətirmişik. Sazı təhqir edən bir kəs bizdən deyildir, tumu qatqısız olan bir Azərbaycan türkü saza hədyan deyə bilməz zatən. Sazın öz məclisi, öz dövranı var. Saz məclisinə hər adam layiq deyil ki. Unutmayın ki, eşşək başı zər fincana sığışmaz!”

namiq.jpg (19 KB)

Aşıq Namiq Fərhadoğlu isə deyib ki, yazıçının azərbaycanlı olmasına şübhə edir: “Sazı başa düşən elə danışmaz. Azərbaycanlı olması şübhəlidir. Saz Dədə Qorquddan bizə miras qalıb. O yazıçının belə danışmağa haqqı yoxdur. İllər, qənirələrlə saz qorunub. İndi necə demək olar ki, sazı Avropaya necə aparaq? Ar olsun o şəxsə. Əslində Kəramətə cavab vermək düzgün deyil. Sadəcə olaraq ar olsun, ona...”




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

1 saylı psixiatriya xəstəxanası ilə bağlı ŞOK FAKTLAR... - dəlixanadan qaçan Nazim nələri danışıdı...

Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasından yerli KİV-də çox yazılıb. Bu səhiyyə ocağı ilə bağlı neqativlər hər zaman nəinki xəstəxana rəhbərliyi tərəfindən, TƏBİB və səhiyyə nazirliyi tərəfindən belə təkzib olunub. Yəni yekunda mətbuat son söz kimi rəsmilərin dediklərini rəhbər tutmalı olub. Çünki qeyd olunan müəssisə qapalı olduğundan əlavə dəlil və sübutların toplanması mətbuatt üçün nəinki çətindir, hətta əksər hallarda imkansızdır.

Nazim Muradovun büdcə mənimsəməsi onu imkanlı şəxsə çevirib- FAKTLAR

Muradov Nazim Abusət oğlunun atası olduqca imkanlı şəxs olduğundan, səndemə o, öz savadına görə deyil, atasının "şot"una ali təhsil alır. Bu şəxs Masallı RİH-nin Güllütəpə ərazisi üzrə icra nümayəndəsi işlədiyi vaxtlarda, yüz hektarlarla paybəlli torpaq sahələrində qanunsuz evlərin və digər tikililərin salınmasına lazımi şərait yaradır. Daha sonra Nazim Muradov "qara yollar”la Masallı DSMF-nin rəis müavini vəzifəsinə sahib olmağı da bacarır.

"Mal-qarası olanları "fermer", arısı olanları isə "arıçı" kimi göstərirlər..." - Dövlət Məşğulluq Agentliyinə müraciət edən Şahbuz sakininə "sahibkar olduğu" deyildi...

Şahbuz rayonu, Gömür kənd sakini Mustafayev Aydın Mustafa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Dövlət Məşğulluq Agentliyindən ona əsassız olaraq "6 ildir kiçik sahibkarlıqla məşğul olduğu" bildirilib.

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi və bu günkü idarəçiliyi - FOTO

Ötən ilin sonlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İlqar Akif oğlu Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb. İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb.