banner
banner

Təhsİl

Abituriyentlərin nəzərinə! İmtahanların vaxtı dəyişdi

Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcəkdir.

 

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcəkdir.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-Pullar paylanıb, ancaq…

Bəlli olduğu kimi, Elm və Təhsil Nazirliyi ötən ilin dekabr ayında “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlayıb. Müsabiqə nəticəsində 17 təşkilatın layihəsi qalib elan edilib. Müsabiqənin nəticələri açıqlandıqdan sonra qalib layihələr sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə və tənqidlərə səbəb oldu.