banner
banner

Qadın

Yağlı saçlar üçün 4 məsləhət

| Xəbər 1625 dəfə oxunub
Yağlı saçlar üçün 4 məsləhət

Bəzi xanımlar saçlarının hər gün yağlanmasından şikayətlənir. Aşağıda saçları tez yağlanmadan xilas edən 4 çıxış yolu təqdim edirik:

1. Saçlarınıza toxunmayın

Əgər saçlarınız tez yağlanırsa, ona tez-tez toxunmayın. Əllərinizi saçların arasına soxaraq, arxaya, yana etməyin.

2. Aloe

1 xörək qaşığı aloe suyunu şampunun tərkibinə töküb saçınızı yuyun. Çalışın, dərinizə dırnaqlarınızla toxunmayıb. Bunu həftədə 3 dəfə edin.

 

3. Nəmləndirin

Saç baxımı həftədə ən az 1 dəfə olmalıdır. Maskalar baş dərisini quruda, kəpək əmələ gətirə bilər. Buna görə də nəmləndirici şampunlardan istifadə edin.

4. Limon suyu

Limon suyu toksinləri təmizləyərək, saçın yağ miqdarını qaydasına salır. Saçınızı şampunla yuduqdan sonra, içərisinə limon şirəsi tökülmüş su ilə yaxalayın. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər