banner
banner

Mədənİyyət

Tanınmış yazıçı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olundu

| Xəbər 10354 dəfə oxunub
Tanınmış yazıçı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olundu

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun kitabı Gürcüstanda nəşr olunub.

Trend-in məlumatına görə, Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edilib.

Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, “İlya Çavçavadze” mükafatı laureatı, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabulidir. “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirən Bağater Arabuli yazır:

“Afaq Məsud Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindəndir. Qonşu xalqın müasir bədii ədəbiyyatını onun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.

 

Belə deməyə əsas yaradan nədir? Biz onun yazıçı dünyasının zənginlikləri ilə, sözün əsl mənasında, yalnız indi tanış olmağa başlayırıq. Bu fakt isə təəssüf doğurur. Bəli, təəssüf doğurur, çünki on bir hekayə və bir romandan ibarət olan bu kitabın müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır. Onun mükəmməl “Can üstdə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Həmin əsərlər “Siskari”, “Mserlis qazeti” və “Sxivi” dərgilərində çap olunmuşdur.

Bu əsərlərdən heç biri nə süjet, nə fabula, nə də mövzu baxımından bir-birinə bənzəmir. Amma onları birləşdirən bir şey var: bu, dövrün nəbzi, zamanın nəfəsidir, amansız zamanın nəfəsi”.

Kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.