banner
banner

Mədənİyyət

Ankara və İstanbulda “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək

| Xəbər 12939 dəfə oxunub
Ankara və İstanbulda “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək

Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək. 

Trend-in məlumatına görə, tədbirlər 6 mart 2019-cu il tarixində saat 15:00-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, saat 19:30-da Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda və 7 mart 2019-cu il tarixində saat 17:00-da İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.