banner
banner

Sağlamlıq

Gözlərimizi kor olmaqdan belə qoruyaq - 8 QIZIL QAYDA

| Xəbər 10867 dəfə oxunub
Gözlərimizi kor olmaqdan belə qoruyaq

Gözlərin qızarması qeyri-estetik olmaqla yanaşı, ağrılı və narahatlıq yaradan haldır. Bu zaman gözlər  qaşınır, sulanır və əksinə quruyur.

Bəs, bu əlamətlərdən necə yaxa qurtarmaq olar? 

Mütəxəsisslər bildirirlər ki, qızarmış gözlər sağlam ola bilməz. 

Milli.Az medicina.az-a istinadən göz qızartılarını aradan qaldırmaq üçün ən faydalı məsləhətləri təqdim edir. 

1. Sutkada 8 saat yatın

Gözlərin istirahət etməsi və parlaması üçün normal yatmaq tələb olunur. Axşam tez yatmaq yalnız beyin üçün deyil, həm də gözlər üçün xeyirlidir. 

2. Gözlərə toksik maddələrin təmasından uzaq durun

Boya, rəng, tüstü, kimyəvi maddələrin buxarı kimi maddələr gözlərə zərər verərək,  iltihablaşmasına səbəb olur. Buna görə də kimyəvi maddələrlə işləyən zaman gözləri maksimum dərəcədə qorumaq lazımdır. 

3. Eynək taxın 

 

Eynək yalnız yay aylarında gözləri günəşdən qorumaq üçün nəzərdə tutulmayıb. Qış aylarında da günəşli havalarda mütləq eynək taxmaq lazımdır. Eynək gözləri yalnız günəşdən deyil, həm də tozdan və küləkdən qoruyur.
 
4. Keyfiyyətli kosmetikadan istifadə edin 

Gözlərin qızarması allergik reaksiyaların siqnalı ola bilər. Allergiyanın səbəbi keyfiyyətsiz kosmetika ola bilər. Göz ətrafı üçün olan bir çox kremlər də gözlərin allergiyasına səbəb olur. 
 
5. Kontakt linzalara düzgün qulluq edin 

Əgər kontakt linzalardan istifadə edirsinizsə, o zaman ona düzgün qulluq edin. Onların təmizlənməsi zamanı linzaları lazım olan vaxtda çıxarın.  Linzalardan ehtiyatsız istifadə gözlərin infeksiyalaşmasına səbəb ola bilər. 

6. Komputerdən düzgün qaydada istifadə edin 

Komputerdə işləyən zaman hər 10 dəqiqədən bir fasilə verin. Fasilə zamanı  bir müddət uzağa baxın və ya göz gimnastikası edin. Monitora baxarkən çalışın ki, gözlərinizi tez-tez qırpasınız. Bu gözləri qurumaqdan qoruyacaq.
 
7. Göz damcılarından istifadə edin. 

Qızarmış və yorğun gözlər üçün ən yaxşı vasitə təbii göz yaşını xatırladan göz damcılarıdır. Ən çox da gözlər iltihablaşan zaman bu vasitələrdən istifadə edin. Bu zaman gözlərinizin rahatladığını hiss edəcəksiniz. Bu vasitələr həm də profilaktik təsir də göstərir. 

8. Gözlər üçün kompres 

Buz və soyuq kompreslər gözlərin təravətini özünə qaytarır və damarların iltihabını götürür. Bundan əlavə, çobanyastığı çayı, cökə və adi qara çayla kompres yaxşı təsir edir. Bu cür tonuslaşdırıcı prosedurlar gözlərin yorğunluğunu və qıcıqlanmasını aradan qaldıracaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.