banner
banner

Sağlamlıq

Sidiyini saxlaya bilməyənlər - Utanc gətirən patologiyadan xilas olmaq mümkündür

Sidiyini saxlaya bilməyənlər -

Sidiyi qaçırmaq, saxlaya bilməmək - tibbi dildə adı İnkotinentasiya- neçə illərdir yaşlı, ahıl insanların problemi kimi təqdim olunub, daha çox nənə-baba xəstəliyi kimi yaddaşlarda qalıb. 

Amma son zamanlar pasiyent şikayətləri göstərir ki, bu problemə lazımi qiymət verilməyib. Çünki  gənc qadınlar, gənc analar, yeniyetmə qızlar da bu problemi keçirir. 
 
Rusiyalı uroloq Dmitriy Puşkarın məlumatına görə, qadınlar arasında sidiyi qaçırmaq 37% təşkil edir. Bu rəqəm Seçenov adına Universitetin rəqəmi ilə də üst-üstə düşür: 33,6 %

Lakin bu qadınların cəmi 8 %-i probleminə görə uroloq və ginekoloqlara müraciət edir. Qalanı dərdi ilə baş-başadır, utanır, sirrini heç kimə demir. Azərbaycanda da vəziyyət belədir. Çoxları bununla barışır, hesab edir ki, sidik kisəsi boşalıb, sallanıb, yaşla bağlıdır və daha müalicəsi yoxdur.

Milli.Az medicina.az-a istinadən sidik qaçırmasının səbəblərini təqdim edir:

Bu sidik ifrazı aktı üzərində insanın iradəsinin və nəzarətinin zəifləməsi və itməsidir.

Daha çox çətin doğuşlar, çoxsaylı doğuşlar, ginekoloji şipslərin qoyulması, stress kimi səbəblərdən başlayır.

Keysəriyyə üsulu ilə ana olan qadınlarda bu patologiya 2 dəfə az rastlanır.
Kiçik çanaq dibinin əzələsinin zəifləməsi, boşalması, uretranın sfinkterinin işinin pozulması patologiyanı yaradır. 

Aşağıdakı xəstəliklər də sidik saxlamamağa səbəb ola bilir:

-Artıq çəki, piylənmə
-Sidik ifrazat sisteminin anomaliyası
-Sidik kisəsinin kəskin xroniki infeksiyaları
-Öskürək
-Alsgeymer, Parkinson xəstəliyi
-Skleroz
-Şəkərli diabet
-İnsult
-Onkoloji xəstəlikər
-Böyrək və sidik kisəsi daşları

Bəzi preparat və ərzaqlar, qidalanma da sidik ifrazatını poza bilir: antidepressantlar, sidikqovucular, alkoqol, qazlı su, sitrus meyvələri, acılı souslar, ədviyyatlar, çay. 

Həkimlər sidiyi saxlaya bilməməyin aşağıdakı formalarını ayırd edir:

İmperativ - xarici amillərdən asılı olaraq sidiyə çağırma: su səsi,fontan, gur işıq və s. Bu xəstədə hiperaktiv sidik kisəsi olduğundan ani olaraq sinir impulslarını sürətlə göndərir. 

Stress səbəbindən - uretranın sfinkterinin işində qapanma olur. Kisənin zəifləmiş əzələsi sidik kisəsinin tam yığılıb boşalmasını təmin edə bilmir. Sidiyə getdikdən bir müddət sonra əzələ boşalır, kisədə qalan sidik heç bir siqnal, çağırış olmadan axır.  Daha çox bərkdən güləndə, qaçanda, ağırlıq qaldıranda, öskürəndə, seks zaması baş verir. İstənilən yaşda xanımlarda rast gəlinir.

 

Yatrogen - dərman preparatlarının təsirindən yaranır. Bu əks təsir kimidir , dərmanı saxlayan kimi düzələ bilər.

Reflektor - sidik kisəsinin reflektor aktivliyinin anormal olmasından irəli gəlir.

Enurez - gecələr yuxuda ikən tualetə getməyə çatdırmadan baş verir. Səbəbləri infeksiyalar, uroloji xəstəliklər, qurd invaziyaları, genetik, stress və s. 

Bu problem öz-özünə keçib getmir!

Qadınlar sidik qaçırmanın qarşısını almaq üçün bezlərdən istifadə edir, tez-tez tualetə qaçır, özünü gərgin saxlayır, ya da aptekdən lazımsız dərmanlar alır. Rəfiqə və qohumlarına dərdini danışanda isə onlar da eyni problemi yaşadığını və yaşla, doğuşla əlaqələndiyini öyrənir. Heç bir türkəçarə, bez, vaxt bu xəstəliyi sağaltmır. Yeganə çıxış yolu: problemi görən kimi peşəkar həkimə müraciət etməkdir.

Qadınlar ginekoloq və uroloqa müraciət edə bilər. 

Diaqnostika: ginekoloji müayinə, funksional sınaqlar, sidiyin miqdarının ölçülməsi, USM, sidik analizi, mikrokskopiya, uretroskopiya və sistoskopiya təyin oluna bilər. 

Müalicəsi:

Əgər pasiyentdə patoloji infeksiyalar tapılıbsa, dərman müalicəsi aparılır. Xüsusi pəhriz təyin olunur, artıq çəki atılmalıdır, zərərli vərdişlər tərgidilməlidir, ağır fiziki işlər qadağan olunur. 
Bununla yanaşı fizioterapiya, elektrostimulyasiya, BOS terapiya, xüsusi idman hərəkətləri təyin olunur.  Əgər səbəb stress və psixolojidirsə, psixiatr müalicəsi lazımdır. 

Cərrahi metod:

Son müasir cərrahi metodlarla  sidik buraxmanı 80% həll etmək olur. Daha geniş yayılmış metod uretranın xüsusi petlə vasitəsilə fiksasiya olunub sıxılmasıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

21 gün şəkər yeməsək, nə olar?

Bu gün sağlam həyat tərzi trendləri arasında populyarlıq qazanan şəkərsiz qidalanma bir çox insanın izlədiyi üsula çevrilib. Bəs, bu cür qidalanma orqanizmə hansı faydaları verə bilər?

Oruc tutanlara bunları etmək olmaz - XƏBƏRDARLIQ

"Orucluq təkcə qida qəbulu deyil, nəfsə nəzarətdir. Bu, insanların davranışlarında özünü göstərməlidir. Çalışmaq lazımdır ki, bütünlükdə nəfsə, instinktə nəzarət həyata keçirilsin”.

Gecə oyanmaları təhlükəli xəstəliyin əlaməti ola bilər - İLK ƏLAMƏTLƏR

Bir şəxs şəkərli diabet olduqda, qan şəkərinin səviyyəsinin tənzimlənməsi pozulur. Bu, karbohidrat mübadiləsini tənzimləyən pankreas hormonu insulinlə bağlıdır. Birinci tip diabetdə immunitet sistemi insulin istehsal edən hüceyrələri təhlükə kimi qəbul edir və onları məhv edir. İkinci tip diabetdə bədənin hüceyrələri insulinə cavab vermir və ya sadəcə kifayət qədər insulin olmur.

İlkin mərhələdə infarktı necə bilmək olar?

Bir insanın ürəyinin bir hissəsinin qan tədarükünü itirdiyi və ölməyə başladığı zaman həyatı üçün təhlükəli bir vəziyyətdir. İnsana vaxtında müvafiq yardım göstərmək üçün infarktı mümkün qədər tez tanımaq vacibdir.

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: zəncəfili BELƏ istifadə edin

Zəncəfil istehlakı nəticəsində qanda şəkərin səviyyəsi normallaşır, “yaxşı” xolesterin isə əksinə artır. Bu parametrlər maddələr mübadiləsi ilə birbaşa əlaqəli olduğu üçün zəncəfil istehlak edən insanın orqanizmində daha az yağ yığılır və yağlar daha aktiv şəkildə parçalanır.

Gündə 8 saat yatmasanız: Bunlar olacaq

Rod-Aylend Universitetinin amerikalı psixoloqları insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.