banner
banner

Sağlamlıq

Xəstə dişlər insanı ölümə sürükləyir

| Xəbər 10288 dəfə oxunub
Xəstə dişlər insanı ölümə sürükləyir

ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress"də press-reliz dərc olunub.

Tədqiqatçılar yoğun bağırsağın sağlam hüceyrələrində bədxassəli şişlərin inkişafını stimullaşdıran "anneksin A1" zülalının olmadığını ortaya çıxarıb. Siçanlar üzərində aparılan sınaqlarda anneksinin aktivliyinin inhibasiyasının "Fusobacterium nucleatum" bakteriyasının xərçəngə yol açan siqnal yollarının aktivləşməsinə əngəl yaratdığı və törəmələrin artımını ləngitdiyi üzə çıxıb.

 

Alimlər bağırsaq xərçəngli xəstələrin RNT 466 məlumatlarını araşdırıb. A1 anneksinin yüksək aktivliyi cinsdən, yaşdan və şişin inkişaf mərhələsindən asılı olmayaraq, xərçənglə bağlı daha bədbin proqnozlara yol açıb.

Hazırda tədqiqatçılar A1 anneksinin köməyi ilə (biomarker qismində) daha aqressiv xərçəng növlərinin aşkarlanması metodunun yaradılması üzərində çalışır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Erkən ölümə səbəb olan qida məhsulları bəlli oldu

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri mütəmadi olaraq yumurta və digər yüksək xolesterinli qidaların qəbulunun insanda ürək-damar xəstəliklərinin inkişafı və erkən ölüm riskini artırdığını müəyyən edib.

Çəkinin azaldılması üçün universal məhsul

İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.