banner
banner

Maraqlı

Böyrəyində daş şikayəti ilə həkimə getdi, uşaq dünyaya gətirdi

| Xəbər 1046 dəfə oxunub
Böyrəyində daş şikayəti ilə həkimə getdi, uşaq dünyaya gətirdi

Amerikalı Ellison Opfer doğuş sancıları başlayanda da hamiləliyindən xəbər tuta bilməyib.

Lenta.ru saytının xəbərinə görə, pasient xəstəxanaya böyrəyində daş şikayəti ilə müraciət edib. Ohayo ştatının Portic bölgəsi sakini qəflətən qarnında ağrı hiss edib. Opfer təcili yardım çağırıb, gələn həkim isə onun böyrəyində daş olmasından şübhələnib. 22 yaşlı amerikalı xəstəxanaya çatdırıb, ultrasəs müayinəsinə göndərib. Onun böyrəyində daş aşkarlanmayıb. Amma təsdiqlənib ki, hamiləliyin axırıncı günlərindədir və hətta bu ağrılar doğuş sancılarıdır. 

Opferin qəfil arterial təzyiqi artıb və həkimlər bildirib ki, onda preklampsiya yaranıb. Təzyiqin yüksəyə qalxması nəticəsində ana və uşağın həyatı təhlükə altına girir. “Onlar mənə dedilər ki, əgər təcili yardımı gec çağırsaydım, ölə bilərdim” - bunu amerikalı deyib. Onu qeysəriyyə əməliyyatına göndəriblər. Bir saat sonra dünyaya Oliver adlı oğlan gəlib. Opfer hamiləliyi barədə bilmirdi.

O, çəki artımını düzgün olmayan qidalanma və oturaq həyat tərzi ilə izah edirdi. Hətta bir dəfə hamiləlik testini keçsə də, bu, neqativ nəticə göstərib. 

Həkim Kayrin Danston əlavə edib ki, Opferin situasiyasına dair hallar o qədər də nadir baş vermir. “Hər şey bədən quruluşundan asılıdır. Belə ki, çanaq və bətnin formasına müvafiq olaraq hamiləlik nəzərəçarpmaz formada ola bilər” - bunu da həkim deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Bir aylıq uşağın qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur