banner
banner

Maraqlı

İtən uşağı öz evlərində polis tapdı

| Xəbər 959 dəfə oxunub
İtən uşağı öz evlərində polis tapdı

Böyük Britaniyadakı Suinton şəhərində evdə yatıb qalan balaca oğlanın axtarışı üçün polis çağırılıb.

Bu barədə “Daily Mail” qəzeti xəbər verir. Belə ki, bacı-qardaşı ilə oynayan zaman 2 yaşlı Loqan Marklend qəflətən itib. Valideynləri Samanta və Ceyms bütün evi axtarsalar da, onu tapa bilməyiblər. Nəticədə qonşular axtarışa qoşulub. Bu da fayda verməyəndə polisə müraciət olunub.

Uşağın tapılmasına 40 dəqiqə sərf olunub və o, qardaşlarından birinin yatağında tapılıb. Onu qonşularının uşağı aşkar edib. Onun gec tapılmasının səbəbi isə yataqda, üstündə oyuncaqlarla yatılı olması olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Bir aylıq uşağın qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur