banner
banner

Maraqlı

Yaquarla selfi çəkdirmək istədi, hücuma məruz qaldı

| Xəbər 1052 dəfə oxunub
Yaquarla selfi çəkdirmək istədi, hücuma məruz qaldı

Amerikanın Arizona ştatındakı bir zooparkda yaşayan bir yaquar baryeri aşıb, selfi çəkməyə çalışan bir qadına hücum edib. Qadının aldığı yaraların həyati təhlükə daşımadığı üzə çıxıb. Şənbə günü baş verən hadisədə qadının baryeri aşdığı və yaquarla selfi çəkmək üçün heyvanın yaşadığı sahəyə yaxınlaşdığı açıqlandı. 

Yaquarın da citləri aşaraq qadına pəncə zərbəsi endirdiyi və qolunda dərin yaralar yarandığı qeyd edildi. Vəhşi Həyat Dünyası Zoopark müdiri Mikey Ollson “Baryerləri aşmağa çalışan insanlara deyəcək bir şey tapa bilmirəm. Ora baryer qoyulmasının bir səbəbi var” dedi. 

Ollson eyni yaquarın daha öncə də baryeri keçən başqa birinə hücum etdiyini, amma yaralanmanın bu qədər ciddi olmadığını dedi. Ollson eyni zamanda hadisənin “insan xətasından” qaynaqlandığını və yaquarın iynə ilə yatızdırıla bilməyəcəyini qeyd etdi. Videonu çəkən şahid Adam Vilkerson, bir nəfərin “imdad” deyə bağırdığını eşidincə, qaçdığını söylədi. Vilkerson, “Yaquar qəfəsin xaricində pəncələrini qadının əlinin ətrafında birləşdirmiş və ətinə batırmışdı. Anam yaquarın diqqətini dağıtmaq üçün əlindəki su şüşəsini atdı. Daha sonra yaquar pəncəsi qadının paltarına ilişdiyi üçün qadını bir az azad buraxdı. O anda qadını çəkdim və pəncədən qurtuldu. Yaquar sonra su şüşəsinin arxasınca getdi” dedi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Bir aylıq uşağın qidalanması

Doqquz ay uşağın həsrətlə dünyaya gəlməsini gözlədukdən sonra gənc anaları düşündürən yeganə şey uşağın qidalanması olur