banner
banner

Mədənİyyət

Akademik və müasir rəqs növləri üzrə “Azərbaycan Çempionatı” rəqs yarışması keçiriləcək

| Xəbər 1184 dəfə oxunub
Akademik və müasir rəqs növləri üzrə “Azərbaycan Çempionatı” rəqs yarışması keçiriləcək

Martın 17-də Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə akademik və müasir rəqs növləri üzrə “Azərbaycan Çempionatı” rəqs yarışması keçiriləcək.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, yarışma Azərbaycan Teatr Xadimləri İttifaqının məhşur və sevilən konsert salonu olan “Aktyorlar Evində” baş tutacaq.

“Azərbaycan Çempionatı” regionlar və paytaxt arası: “Bakı Kuboku”, Gəncə “Kəpəz Kuboku”, Ağcabədi “Qarabağ Kuboku”, “Bakı Çempionatı” və digər yarışmalar arasında final yarışması kimi hesab olunur. Yarışmanın qalibləri Avropada və Dünya reytinq yarışlarında Azərbaycan Respublikasını təmsil etmək hüququna nail olacaqlar. Çempionat iştirakçılara daha çox qələbələr üçün maksimum potensiala çatmağa imkan verir.

Yarışmaya qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən rəqs qrupları müraciət ediblər: Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi, Göygöl, Ağdam, Şəki, Bakı, Sumqayıt və xaricdən qonaqlar iştirak edəcəklər.

Hakimlər rəqs standartlarının bütün meyarlarına uyğun olaraq seçilirlər. Tədbirin səviyyəsini və onların qərarlarının obyektivliyini artırmaq üçün bir neçə növ rəqslə tanış olurlar.

 

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. Münsiflər heyəti: münsiflər heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi - Rimma Məmmədova; ATA-nın vitse-prezidenti, xoreoqrafiya akademiyasının müəllimi - Ülviyyə Həsənova; NCA-nın Qrammatika İnstitutunda xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayev; "Cəngi" Dövlət ansamblının aparıcı solisti Fərhad Əliyev; Dövlət hərbi ansamblının aparıcı solisti Şahriyar Cəfərovdur.

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunacaq.

Yarışma bu yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar olacaq: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.