banner
banner

Mədənİyyət

“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib

| Xəbər 796 dəfə oxunub
“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə 14-17 mart 2019-cu il tarixlərində keçiriləcək “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, görüşdə idarənin rəisi Cəlil Məlikov festival-müsabiqənin təşkilat komitəsinin üzvləri, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının Prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikov arasında festivala son hazırlıq işləri, gələcək birgə fəalliyət haqqında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək.Bu il Azərbaycanla yanaşı müsabiqəyə İtaliya, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və digər ölkələrdən müsabiqəyə 180-ə yaxın iştirakçı qatılıb.

 

Görüşdə Bakı musiqi və incəsənət məktəblərində müsabiqənin münsiflər heyətində yer alan mütəxəssislər tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil olunması haqqında razılıq əldə edilib.

Qeyd edək ki, ilk dəfə 2016-cı ildə keçirilən “Testene Art Baku” Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçılar Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıb.

“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və qala-konserti martın 17-də saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında keçiriləcək, seçilmiş iştirakçılara hədiyyələr təqdim olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.