banner
banner

Mədənİyyət

Aktyor Vladimir Etuş dünyasını dəyişib

| Xəbər 669 dəfə oxunub
Aktyor Vladimir Etuş dünyasını dəyişib

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Yevgeni Vaxtanqov adına Moskva teatrının mətbuat katibi bildirib.

Aktyorun ölümünün səbəbləri hələki məlum deyil.

Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib.

Sonuncu dəfə onun vəziyyəti yanvar ayında, tamaşa öncəsi pisləşib.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Paris Notr-Dam kilsəsi” nümayiş olunacaq

Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında yeni tamaşa hazırlayacaq.

Litvada Azərbaycan muğam triosunun konserti olacaq

Martın 20-də Litvanın Klaypeda şəhərində Novruz bayramı münasibətilə Muğam Televiziya Müsabiqəsinin laureatı Könül Məmmədlinin tar və kamançanın müşayiəti ilə konserti olacaq.