banner
banner

Sİyasət

Deputatlar baş nazirin ilk hesabatından danışdılar

| Xəbər 760 dəfə oxunub
Deputatlar baş nazirin ilk hesabatından danışdılar

Həmin gün keçiriləcək plenar iclasda Novruz Məmmədov baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək və hesabat müzakirə olunacaq. Artıq hesabat bir neçə gündür ki, Milli Məclisə təqdim olunub və deputatlara paylanılıb.

Xatırladaq ki, prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov baş nazir təyin edilib və qeyd etdiyimiz kimi, bu, hökumət başçısının parlament qarşısında ilk hesabatıdır.

Cümə günü keçiriləcək müzakirələrə baş nazirin birinci müavini və müavinləri, həmçinin iqtisadi sferaya daxil olan nazirlər, şirkət, konsern və ASC prezidentləri, dövlət komitələrinin sədrləri qatılacaqlar. Bir gün davam edən müzakirələrin sonunda hökumətin hesabatı səsverməyə çıxarılacaq və təsdiqlənəcək. Bəs deputatların hesabatla bağlı fikirləri necədir?

 

Картинки по запросу Fərəc Quliyev

Fərəc Quliyev: “Büdcədən və hökumətin hesabatından barıt qoxusu gəlməlidir”

Fərəc Quliyev bildirdi ki, sənədlə artıq tanış olub, təqdir etdiyi məqamlarla yanaşı, razılaşmadığı, onu qane etməyən məsələlər də var: “Mən keçən dəfə məsələ qaldırdım ki, Dağlıq Qarabağın talanması məsələsi var. Büdcəyə daxil etmək lazımdır ki, filan qədər məhsullar talanıb. Hər bir ölkə büdcə ilə bağlı hesabatını təqdim edəndə BMT baxır axı həmin sənədə. Bu məsələni həm də beynəlxalq ictimai rəydə oturuşdurmaq lazımdır ki, Qarabağda talançılıq davam edir. İkinci tərəfdən, tələb etmişdim ki, bizim büdcədən barıt qoxusu gəlməlidir, müharibə ilə bağlı müəyyən məsələlər göstərilməlidir ki, nələr etmək lazımdır, nə qədər vəsait ayrılmalıdır, hansı işlər görülməlidir. Ümumiyyətlə, hökumətin fəaliyyətində Qarabağla bağlı ciddi fəaliyyət olmayıb. Üçüncüsü, mən tələb etmişdim ki, korrupsiya yolu ilə mənimsənilən vəsaitin geri qaytarılması ilə bağlı büdcədə bir bölüm ayrılsın və büdcə daxilolmaları bölümündə o, göstərilsin. Belə bir bölüm də yoxdur və məndə narazılıq yaradır. Təbii ki, başqa məsələlər də var”. F.Quliyev təqdir etdiyi məsələlərdən də danışdı: “Baş nazir daxil olmaqla, nazirlərlə bağlı son təyinatlar təqdir olunur. Dürüst kadrlardır, karyeraları təmizdir, son dərəcədə yaxşı fəaliyyət göstərirlər. Amma prinsipcə məni narahat edən hökumətin Dağlıq Qarabağ, ümumiyyətlə, müharibə ilə bağlı mövqeyidir. Sanki bu, başqa bir dövlətin hökumətidir və Qarabağda, onun ətrafında baş verənlərin buna aidiyyəti yoxdur. O hesabatdan, büdcəmizdən barıt qoxusu gəlmir, bu, məni çox narahat edir. Bu, orada xüsusi göstərilməlidir”.

Похожее изображение

Siyavuş Novruzov: “Hökumət bu bir il müddətində çox yaxşı işləyib”

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə oxu.az-a açıqlamasında hökumətin son bir illik fəaliyyətini təqdirəlayiq hesab etdiyini və müsbət qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti əvvəlki illərdə olduğu kimi, son bir il ərzində də üzərinə düşən vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlib: “Hesab edirəm ki, hökumət bu bir il müddətində çox yaxşı işləyib, çox yaxşı fəaliyyət göstərib. Ölkənin iqtisadi göstəriciləri, görülən işlər, kənd təsərrüfatının inkişafı, prezident seçkilərindən sonra hökumətdə olan islahatlar, dəyişikliklər hamısı onu deməyə əsas verir ki, hökumətin hesabatı, fəaliyyəti qənaətbəxşdir, müsbətdir”.

Deputat Eldəniz Səlimov da həmkarı kimi hökumətin son bir illik fəaliyyətini müsbət dəyərləndirdiyini bildirib: “Tam əminliklə və qətiyyət hissi ilə deyə bilərik ki, keçən il dərin iqtisadi islahatlar ili olub və bu islahatların nəticələrini də hər kəs görür. Bu yerdə onu da xüsusilə qeyd etməliyəm ki, Dünya Bankının ”Doing Business" hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni cəmi bir il ərzində biz 32 pillə irəliyə getmişik. Ümumi Daxili Məhsul (ÜDM), yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Ötən il inflyasiya cəmi 2,3 faiz olub, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Bununla da, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Manatın məzənnəsi sabitliyini qoruyub saxlayıb. Kənd təsərrüfatı 4,6 faiz artıb, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Həmçinin keçən il valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də az olmayıb, amma valyuta ehtiyatlarımız 3 milyard dollar məbləğində artıb. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb ki, bu da çox müsbət haldır. Yəni indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Dövlət başçısının da vurğuladığı kimi, “qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq”.

Deputat əmindir ki, borcu tədricən azalda-azalda gedəcəyik: “Həmçinin, keçən il 118 min daimi iş yeri yaradılıb. İşsizliyin aşağı səviyyədə saxlanılması üçün bu, çox əhəmiyyətli məsələdir. Bununla yanaşı, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş, turist gəlib ki, bu da 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər və bu, bir daha onu göstərir ki, turizmin inkişafı ilə bağlı aparılan siyasət öz müsbət nəticələrini verir. Bununla həm insanlarımız qazanır, həm iqtisadiyyatımız, büdcəmiz gəlir əldə edir, həm də ölkəmiz tanınır, turzim ölkəsi kimi dünyada öz yerini təsdiqləyir”. E. Səlimov hökumətin növbəti ildə və dönəmlərdə də uğurla fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.

Картинки по запросу Adil Əliyev

Adil Əliyev: “Hesabat zəmanəmizin tələblərinə uyğun hazırlanıb”

Deputat Adil Əliyev isə “Yeni Müsavat”a bildirdi ki, hesabatla tanışdır və təqdir edir: “Hesabat əvvəlki hesabatlar kimi, mükəmməl hazırlanıb. Hesab edirəm ki, zəmanəmizin tələblərinə uyğun hazırlanıb. Səs verəcəyəm,  inşallah”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər