banner
banner

Krİmİnal

Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıb

| Xəbər 3278 dəfə oxunub
Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıb

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Gəncədə evdən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

Bakıda silahlı şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib.

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.