banner
banner

Sosİal

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

| Xəbər 3673 dəfə oxunub
Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Trend-in məlumatına görə, BBAK tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq.

Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə bilərlər.

 

Səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq Avtovağzalın və Nizami küçəsi, 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarından və onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər